ANS-in İdman Komplekslərindəki araşdırması davam edir - VİDEO

ANS-in İdman Komplekslərindəki araşdırması davam edir - VİDEO
İDMAN
10:40 26.04.2014
1496
Hesablama Palatasının Gənclər və İdman Nazirliyinin tikintisində qanun pozuntularına dair geri götürdüyü hesabatı ətrafında araşdırmalarımız davam edir. Ölkədə inşa edilən olimpiya komplekslərinə dövlət büdcəsindən ayrılan vəsaitlərin ildən ilə yüksək sürətlə artmasına diqqət çoxalıb. 837 mindən başlayıb 16 milyon AZN-ə qədər dəyişən xərclər özünü nə qədər doğruldur?Gənclər və İdman naziri Azad Rəhimov: "Çalışırıq ki, dövlətdən və büdcədən az pul getsin bu komplekslərə. Əsas onlar işlək bir kompleks kimi alınsınlar".Gənclər və İdman Naziri Azad Rəhimov bunu doğrudanmı "Apardığınız bütün tikintilər şəffafdır?" sualına cavabında demişdi. Çox yox, cəmi üç gün əvvəl. Amma bu üç gündə apardığımız bir yüngülvari araşdırma heç də hər şeyin şəffaf olmadığından xəbər verdi. Şəffaflığın qorunması isə təkcə Hesablama Palatasının hesabatında göstərilən sahələrdə yox, xüsusilə tikinti sektorunda pozulub. Ölkənin demək olar ki, bütün bölgələrini Olimpiya İdman Komplekslərilə təmin edən nazirlik aşağıdan yuxarı elə sürətlə qalxıb ki, heç ballistik raket də bu sürətlə qalxmaz.Baxın, bu Sabirabadın Qalaqayın kəndindəki Olimpiya İdman Kompleksidir. 2008-də tikilib, 450 nəfər tamaşaçı tutan və bir ümumi, 150 nəfərlik tamaşaçı tutumu olan bir üzgüçülük zalı var. İkisi birlikdə 600 yerlikdir. 4 hektar sahədə, cəmi 837 min AZN-ə inşa edilən kompleksin direktoru Oqtay Mehdiyev hər şeydən danışmağa hazırdır, bircə qiymətdən başqa.Sabirabad Olimpiya İdman Kompleksinin direktoru: "Sabirabaddakı kompleksdən cəmi 120 yer çox tutan, yəni 720 nəfərlik tamaşaçı tutumu olan Qəbələ Olimpiya İdman Kompleksinin isə 12 milyon AZN-ə tikildiyi deyilir. Burda bir balaca üstünlük həm də 1500 oturacağı olan süni örtüklü açıq stadionun olmasıdır. Amma bu açıq stadion, həm də açıq qalan bu suala cavab vermir. Əgər tamaşaçı tutumu və infrastruktur arasında fərq hiss edilməyəcək qədər azdırsa, onda niyə xərclənən vəsait arasında fərq 12 dəfə çoxdur? Yaxud, əgər bir stadionu 830 minə, lap elə yuvarlaq desək, 1 milyon AZN-ə tikmək mümkündürsə, niyə büdcədən 12 milyon qopartmağa çalışırıq? Düzdür, 2008-ci ildən bu yana ölkədə qiymətlər, tikinti materialları, maaşlar artıb demək olar. Razıyıq, amma bu qədər fantastik artmayıb axı? Bir halda ki, cənab nazirin özü də olimpiya komplekslərində konsert verilmədiyini öz dili ilə söyləyirsə, onda kənar dəbdəbəyə nə ehtiyac var?Gənclər və İdman naziri Azad Rəhimov deyir ki, giririk kompleksə ki, böyük bir xoldur. Mən sual edirəm ki, bu xoll sizin nəyinizə lazımdır. Konsert verəcəksiniz, nədir?Sumqayıtdakı Olimpiya İdman Kompleksinə isə 16 milyon AZN xərclənib. Bu, dollarla müqayisə etsək, hardasa 20 milyon dollardan artıq vəsait deməkdir. Müharibə şəraitində olan Azərbaycana bu pula ABŞ istehsalı olan bax iki ədəd bu tankdan almaq olar. Hələ mən demirəm ki, idman kompleksinə xərclənən 20 milyon AZN 150 AZN maaş müqabilində idman dərsi keçən 11 min müəllimin 1 illik əmək haqqıdır. /// ANSPRESS
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu gün xoş xəbər alacaq 3 bürc
10:53 07.10.2026
Bu gün xoş xəbər alacaq 3 bürc
"Der Spiegel" və digər xarici KİV-də yayılan iddialara Azərbaycandan reaksiya
10:52 07.10.2026
"Der Spiegel" və digər xarici KİV-də yayılan iddialara Azərbaycandan reaksiya
İtkin düşmüş heç bir vətəndaşımız unudulmur - İlham Əliyev
10:48 07.10.2026
İtkin düşmüş heç bir vətəndaşımız unudulmur - İlham Əliyev
Radius “Canlı əfsanələr” layihəsinin 2026 kolleksiyasını Qurban Qurbanova həsr edir
10:41 07.10.2026
Radius “Canlı əfsanələr” layihəsinin 2026 kolleksiyasını Qurban Qurbanova həsr edir
Qadınlara ödənilən müavinətlə bağlı mühüm dəyişikliklər - 8 min manat...
10:16 07.10.2026
Qadınlara ödənilən müavinətlə bağlı mühüm dəyişikliklər - 8 min manat...
Əli Nağıyev: Hazırda Azərbaycanın itkin düşən şəxslərinin sayı 4010 nəfərdir
10:00 07.10.2026
Əli Nağıyev: Hazırda Azərbaycanın itkin düşən şəxslərinin sayı 4010 nəfərdir
Gəmidə həlak olan Rüstəm Həsənov polkovnik imiş
09:53 07.10.2026
Gəmidə həlak olan Rüstəm Həsənov polkovnik imiş
Azərbaycanda yağıntılı hava müşahidə olunur - FAKTİKİ HAVA
09:48 07.10.2026
Azərbaycanda yağıntılı hava müşahidə olunur - FAKTİKİ HAVA
İlham Əliyev itkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib
09:45 07.10.2026
İlham Əliyev itkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib
Azərbaycan Britaniya ilə kibertəhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirə bilər
09:44 07.10.2026
Azərbaycan Britaniya ilə kibertəhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirə bilər
Bakıda avtobusla minik avtomobili toqquşdu: sürücü sıxılmış vəziyyətdə qaldı - VİDEO
09:41 07.10.2026
Bakıda avtobusla minik avtomobili toqquşdu: sürücü sıxılmış vəziyyətdə qaldı - VİDEO
Messi Argentina millisində 126-cı qolunu vurdu, Ronaldo 146 qolla öndədir
09:36 07.10.2026
Messi Argentina millisində 126-cı qolunu vurdu, Ronaldo 146 qolla öndədir
Bakı sakini İsmayıllıda bıçaqlanıb
09:30 07.10.2026
Bakı sakini İsmayıllıda bıçaqlanıb
Husilər Ər-Riyad beynəlxalq hava limanını ballistik raketlərlə vurdular
09:25 07.10.2026
Husilər Ər-Riyad beynəlxalq hava limanını ballistik raketlərlə vurdular
“Neftçi”nin futbolçusu Messiyə xüsusi hədiyyələr təqdim etdi
09:20 07.10.2026
“Neftçi”nin futbolçusu Messiyə xüsusi hədiyyələr təqdim etdi
76 ilin iqlim rekordu qırıla bilər - “El Nino” ilə bağlı xəbərdarlıq
09:14 07.10.2026
76 ilin iqlim rekordu qırıla bilər - “El Nino” ilə bağlı xəbərdarlıq