ANS-in növbəti ADNA araşdırması (VİDEO)

ANS-in növbəti ADNA araşdırması (VİDEO)
MARAQLI
09:19 18.12.2011
2369
ANS telekanalının “Xəbərin izində” proqmanının ötən axşamkı buraxılışı Azərbaycanda son illərin ən qanlı terroruna - 2009-cu il aprelin 30-da Dövlət Neft Akademiyasında baş verən hadisəyə həsr olunmuşdu. Verilişdə ANS-in “Növbətçi” proqramının aparıcısı Rəşad Abbasov, ekspert Ərəstun Oruclu, terror aktının sifarişçisi kimi tanınan erməni əsilli Gürcüstan vətəndaşı Mardun Qumaşyanla görüşmüş jurnalist Tofiq Yaqublu, psixoliq Dəyanət Rzayev, eləcə də, ADNA terroruna görə ömürlük həbs cəzasına məhkum edilmiş Gürcüstan vətəndaşları Cavidan Amirov və Nadir Əliyevin vəkilləri - Hüseynxan Mustafayev və Səyyarə Məmmədova iştirak edirdilər.Xatırladaq ki, 2009-cu il aprelin 30-da ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan silahlı şəxs inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər kəsə “Makarov” tipli tapançadan atılan atəşlə xəsarət yetirib. İstintaq materiallarına və şahid ifadələrinə görə, cinayətkar şəxsləri əsasən baş və boyun nahiyəsindən güllələyib. Gülləyə tuş gələnlərin içərisində akademiyanın professorları, laborantlar, tələbələr, müəllimlər, qapıçı və hətta yeməkxanaya süd məhsulları gətirən yaşlı bir qadın da olub. Nəticədə 12 nəfər ölüb, 13 adam isə yaralanıb.Hadisəni törədən cinayətkar ələ keçməmək üçün əlindəki silahla özünü vurmuşdu. Hüquq-mühafizə orqanı əməkdaşlarının hadisə yerində apardığı araşdırmadan məlum oldu ki, cinayətkar 29 yaşlı Gürcüstan vətəndaşı Fərda Qədirovdur. Onun üzərindən şəxsiyyətini təsdiq edən sənədlə yanaşı, “Makarov” tipli tapança, habelə hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 ədəd patrondaş, 2 tapança sandıqçası aşkar edildi.Cinayət işi üzrə həbs edilmiş Cavidan Amirov, Nəcəf Süleymanov və Nadir Əliyev Cinayət Məcəlləsinin terrorçuluq, qəsdən adam öldürməyə hazırlıq, qəsdən adamöldürmə, qəsdən adam öldürməyə cəhd, mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq, qanunsuz olaraq odlu silah, döyüş sursatı əldəetmə, saxlama, daşıma və gəzdirmə, qanunsuz olaraq narkotik vasitələri əldəetmə, saxlama və daşıma, Ariz Qabulova isə qaçaqmalçılıq və qanunsuz olaraq odlu silah, döyüş sursatı əldəetmə, saxlama, daşıma və gəzdirmə maddələri ilə ittiham olunub. Fərda Qədirovun ölümü ilə əlaqədar cinayət işinin onun barəsində olan hissəsinə xitam verilib. Cinayət işi üzrə təqsirli bilinəndən Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 10 avqust 2010-cu il tarixli hökmü ilə Ariz Qabulov 11, digər üç nəfər isə ömürlük olaraq azadlıqdan məhrum edilib.ADNA-da baş verən kütləvi qətlin sifarişçisi kimi təqdim edilən erməni əsilli Gürcüstan vətəndaşı Qumaşyan Mardun Qriqoryeviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin terrorçuluq və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə müvafiq qərar qəbul edilib.Mardan Qumaşyan barəsində beynəlxalq axtarış elan olunub. Onun barəsində cinayət işi ayrı icraatda aparılır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirdi
16:17 18.09.2026
AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirdi
Nigeriyada mədən faciəsi: Ölənlər var
15:57 18.09.2026
Nigeriyada mədən faciəsi: Ölənlər var
Kartdan-karta ödənişlərə qarşı təklif - “Bütün mağazalarda kamera olmalıdır”
15:54 18.09.2026
Kartdan-karta ödənişlərə qarşı təklif - “Bütün mağazalarda kamera olmalıdır”
Hacıbəy Heydərli: Media nümayəndələri dezinformasiyaya qarşı mübarizədə də fəal olmalıdır”
15:48 18.09.2026
Hacıbəy Heydərli: Media nümayəndələri dezinformasiyaya qarşı mübarizədə də fəal olmalıdır”
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
15:41 18.09.2026
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Baş Prokurorluq İsmayıllıda media və vətəndaş cəmiyyəti əməkdaşlığı mövzusunda konfrans keçirdi - FOTOLAR
15:34 18.09.2026
Baş Prokurorluq İsmayıllıda media və vətəndaş cəmiyyəti əməkdaşlığı mövzusunda konfrans keçirdi - FOTOLAR
Döyülən yeniyetmə süni tənəffüs aparatına qoşuldu - TƏBİB
15:30 18.09.2026
Döyülən yeniyetmə süni tənəffüs aparatına qoşuldu - TƏBİB
Yeni mənzil axtaranlar üçün Sumqayıtdan fürsət: 12 000 manatdan başlayan ilkin ödəniş
15:04 18.09.2026
Yeni mənzil axtaranlar üçün Sumqayıtdan fürsət: 12 000 manatdan başlayan ilkin ödəniş
Binəqədidə Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirildi - FOTOLAR
14:55 18.09.2026
Binəqədidə Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirildi - FOTOLAR
Həftəsonunun ən şanslı 4 bürcü
14:40 18.09.2026
Həftəsonunun ən şanslı 4 bürcü
Cümə namazı vaxtı partlayış - 15 ölü, 50 yaralı
14:23 18.09.2026
Cümə namazı vaxtı partlayış - 15 ölü, 50 yaralı
Pezeşkian ABŞ-yə gedir
14:07 18.09.2026
Pezeşkian ABŞ-yə gedir
Dövlət Suverenliyi Günü – Azərbaycanın dövlətçilik tarixinin mühüm səhifəsi
13:59 18.09.2026
Dövlət Suverenliyi Günü – Azərbaycanın dövlətçilik tarixinin mühüm səhifəsi
İctimai nəqliyyatda sıxlığın qarşısı necə almaq olar – VİDEOSORĞU
13:53 18.09.2026
İctimai nəqliyyatda sıxlığın qarşısı necə almaq olar – VİDEOSORĞU
Konqoda Ebola həyəcanı: Yoluxanların sayı artdı
13:52 18.09.2026
Konqoda Ebola həyəcanı: Yoluxanların sayı artdı
İsmayıllı rayon prokurorluğunda “Açıq Qapı” günü keçirildi - FOTOLAR
13:17 18.09.2026
İsmayıllı rayon prokurorluğunda “Açıq Qapı” günü keçirildi - FOTOLAR