ANS-in prezidenti medal aldı - FOTOLAR

ANS-in prezidenti medal aldı -  FOTOLAR
MEDIA
00:42 09.02.2013
2062

Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun ali mükafatı fevralın 12-də Bişkekdə "Xoca" filminin təqdimatından sonra sahibinə veriləcək

Fevralın 11-də Bişkekdə ANS Şirkətlər Qrupunun prezidenti, kinorejissor Vahid Mustafayevin “Xoca” filminin təqdimatı keçiriləcək. Film Qırğız Türk Manas Universitetində nümayiş etdiriləcək. Bu məqsədlə filmin rejissoru Vahid Mustafayev və ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayev Bişkekə yollanacaq. Artıq Bişkek şəhərinin mərkəzi küçələrində “Xoca” filminin afişaları yapışdırılıb. Həmçinin onu da bildirək ki, Xocalı faciəsinin ildönümü günü – fevralın 26-da Qırğızıstanın televiziya kanallarının birində “Xoca” filminin nümayişi nəzərdə tutulur. Fevral ayının 12-də isə “Xoca”nın Qırğızıstan kinematoqrafçılar departamentində təqdimatı təşkil olunacaq. Təqdimat mərasimindən sonra Qırğızıstan ziyalıları ilə görüş keçiriləcək. Həmin görüşdə “Xoca” filminin baş rejissoru olan Vahid Mustafayevə Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun ali mükafatı olan “Heydər Əliyev” qızıl medalı təqdim olunacaq. Vahid Mustafayev Azərbaycan həqiqətlərinin dünya ictimaiyətinə çatdırılması işindəki xüsusi xidmətlərinə görə Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun bu mükafatına layiq görülüb. “Heydər Əliyev” qızıl medalını Vahid Mustafayevə Azərbaycanın Qırğızıstandakı səfirliyinin əməkdaşı təqdim edəcək. Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu “Heydər Əliyev” qızıl medalını 2007-ci ildən türk və digər millətlərin dostluq və qardaşlıq əlaqələrinin möhkəmlənməsində böyük xidmətlərə, türkdilli dövlətlərin iqtisadi, sosial-siyasi və mədəni inkişafına sanballı töhfələr vermiş görkəmli şəxsiyyətlərə təqdim edir. İndiyə qədər Azərbaycan Prezidenti İlham Əliyev, görkəmli qırğız yazıçısı Çingiz Aytmatov, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan, Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov “Heydər Əliyev” qızıl medalının laureatları olub. //ANS

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
16:08 25.06.2026
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” (RƏY)
16:01 25.06.2026
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” (RƏY)
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
16:00 25.06.2026
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
15:53 25.06.2026
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
15:52 25.06.2026
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
15:47 25.06.2026
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
FHN Aqşin Fatehin restoranını bağladı
15:43 25.06.2026
FHN Aqşin Fatehin restoranını bağladı
Prezident bu ölkədəki səfiri geri çağırdı
15:19 25.06.2026
Prezident bu ölkədəki səfiri geri çağırdı
Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi - FOTO
15:16 25.06.2026
Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi - FOTO
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
15:10 25.06.2026
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
Avropada istidən ölənlərin sayı artdı
14:49 25.06.2026
Avropada istidən ölənlərin sayı artdı
Kahramanmaraşda faciəvi yanğın: 3 nəfər həyatını itirdi
14:42 25.06.2026
Kahramanmaraşda faciəvi yanğın: 3 nəfər həyatını itirdi
Azərbaycanda hərbçilərlə bağlı qərar - Prezident təsdiqlədi
14:40 25.06.2026
Azərbaycanda hərbçilərlə bağlı qərar - Prezident təsdiqlədi
Mütəxəssislər xəbərdarlıq edir: Skoliozun ən kritik dövrü bu yaş arasıdır
14:38 25.06.2026
Mütəxəssislər xəbərdarlıq edir: Skoliozun ən kritik dövrü bu yaş arasıdır
Azərbaycanda Rəqəmsal İstehlak Vərdişləri və Mobil Mikro Maliyyələşmə
14:36 25.06.2026
Azərbaycanda Rəqəmsal İstehlak Vərdişləri və Mobil Mikro Maliyyələşmə
Həşəratların hücumuna məruz qalan aktyor xəstəxanalıq oldu
14:20 25.06.2026
Həşəratların hücumuna məruz qalan aktyor xəstəxanalıq oldu