O, hazırda ev şəraitində müalicə olunur
ANS-in bölgə müxbiri Aytəkin Alxaslı ölümdən dönüb. Tanınmış jurnalist hazırda Bakıda ev şəraitində müalicə olunur. AZXEBER.COM-un məlmatına görə, bu barədə Aytəkin Alxaslı ANS PRESS-ə məlumat verib. Onun sözlərinə görə, hazırda səhhəti yaxşılığa doğru irəliləyir. “Ağır qrip xəstəliyindən əziyyət çəkirdim. Əvvəlcə fikir verməmişəm və xəstə-xəstə gəzirdim. Sonradan qan təzyiqim aşağı düşüb. Mən Qusar rayon Mərkəzi Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində aprelin 2-dən 7-nə qədər müalicə aldım. Müalicəmə xəstəxananın baş həkimi Mübariz Zeynalov şəxsən nəzarət edirdi. Həkimim Əliyar Sərdarov olub”, - deyə A.Alxaslı vurğulayıb. Jurnalist daha sonra həkimlərin məsləhəti əsasında Maqnit Rezonans Tamoqrafiya müayinəsindən keçmək üçün Bakıya Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına göndərilib. Hospitalın rəisi polkovnik Firudin Qarabəyovun xüsusi nəzarəti altında həkim Elxan Muradov jurnalsiti müalicə edir. “Artıq 10 gün müalicə almışam. Dünən təkrar müayinədən keçdim. Həkimin rəyi əsasında daha 10 gün müalicə kursu yazıldı. Hazırda səhhətim yaxşıdır. Mənim üçün narahat olan hər kəsə, o cümlədən, mənim barəmdə yazan həmkarlarıma təşəkkürümü bildirirəm”, - deyə A.Alxaslı bildirib.