ANS-in xəbəri bağçada zəhərlənənlərin yaxınlarını hiddətləndirdi - ŞOK AÇIQLAMA

ANS-in xəbəri bağçada zəhərlənənlərin yaxınlarını hiddətləndirdi - ŞOK AÇIQLAMA
Bütün Xəbərlər
00:05 15.12.2012
3020
Xəbər verdiyimiz kimi, dünən Bakı şəhərində Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən 138 saylı uşaq bağçasında zəhərlənmə baş verib.Hadisə ilə bağlı bağçadakı uşaqlardan birinin anası AZXEBER.COM-a açıqlama verib. Valideyn mətbuatda bu barədə məluamtların təhrif olunduğunu bildirib: “ANS mənim ən çox izlədiyim televiziya kanalı idi. Lakin çox təəssüf ki, dedikləri kimi dəqiq və vicdanlı deyillər. Onlar uşaqların şorbadan və kartof püresindən zəhərləndiyini deyirlər. Lakin uşaqlara püre saat 4-də verilib. Zəhərlənən uşaqlar isə günorta yeməyindən sonra, təxminən saat 2-də özlərini pis hiss ediblər. Onlar günorta “perlova” supu və makaronla toyuq əti yeyib. Ancaq nədənsə heç kim “toyuq ətin”in adını çəkmək istəmir. Uşaqlar deyir ki, toyuq ətindən dərman iyi gəlirmiş. Hətta mənim övladım bu iyə görə makaronu da yeyə bilməyib. O uşaqların hamısı bir yeməkdən zəhərlənib”.Zərərçəkənin anası deyir ki, ANS xəbəri birtərəfli verib: "Çox təəsüf ki, ANS bu xəbəri birtərəfli verib və süjetdən görünür ki, onlar bağçanı müdafiə edirlər. Amma həqiqəti biz bilirik, bu belə olmayıb. Uşaqlarımızı zəhərləyən müdirə səhəri gün işə gəlib körpələrə "uniforma" satıb. O müdirənin heç nə vecinə deyil. Olan körpələrə oldu"Baş verənlərdən qəzəblənmiş ana deyilənlərin əksinə, uşaqlardan bir çoxunun hələ də ağır vəziyyətdə olduğunu qeyd edib: “Deyirlər ki, uşaqların çoxunun vəziyyəti yaxşılaşdığı üçün evə buraxılıb. Lakin belə deyil. Qruplardan birindən olan 25 nəfərdən 20-si zəhərlənib. Onlardan bir çoxu – Nərmin, Aydan, Məryəm indi xəstəxanada ağır vəziyyətdədir. Hələ adlarını bilmədiyim digərləri də var. Belə məlumat verməklə hadisənin ciddiliyini azaltmaq istəyirlər. Hətta ilk gün müəllimlər ilk zəhərlənən uşaqlara deyib ki, evdə zəhərləndiyivizi deməyin”.Həmsöhbətimiz xəstəxanalara da iradını bildirib: “Qara Qarayev adına 2 nömrəli xəstəxana saat 10-dan sonra uşaqları qəbul etməyib. Deyiblər ki, yerimiz yoxdur. Bu dəhşətli haldır. Çarəsiz qalan uşaqları 7 nömrəli xəstəxanaya aparıblar”.
OXŞAR XƏBƏRLƏR