ANS-in yaradılmasından 21 il ötür

ANS-in yaradılmasından 21 il ötür
Bütün Xəbərlər
08:49 26.11.2012
932
Bu gün hamımız üçün adiləşən “Müstəqil Azərbaycan” kəlməsi bir vaxtlar həmvətənlərimizin sadəcə ən ümdə arzusu idi. Bu gün isə “Müstəqil Azərbaycan” kəlməsilə yanaşı leksikonumuza “müstəqil” ifadəsilə bağlı bir çox məhsullar daxil olub. Müstəqil qəzet, müstəqil media və ən əsası ilk müstəqil telekanal olan ANS. Bu gün nəinki müstəqil Azərbaycanda, eləcə də, keçmiş Sovet məkanında ilk müstəqil telekanal olan ANS 21 yaşını qeyd edir. Təbii ki, 21 il bundan əvvəl müstəqil Azərbaycan yaranmasaydı, ANS də olmayacaqdı. Ancaq ANS yarandığı gündən müstəqil Azərbaycanın dövlət quruculuğuna xidmət edib və həmişə ona sadiq qalıb.Əslində ANS yarandığı dövrdə ölkədə keçmiş SSRİ-nin abu-havası hələ də hiss olunurdu. Məhz bu dövrdə 1991-ci ildə 3 nəfər gənc jurnalist-Vahid Mustafayev, Seyfulla Mustafayev və Mirşahin Ağayev tərəfindən yaradılan ANS xalqa qərəzsiz, vicdanlı informasiya verdi. Və bununla da xalqın nüfuzunu qazandı. Onlar Bakı şəhərində dərc olunan “Azərbaycan” qəzetində işləyəndə tanış olmuşdular. Yeri gəlmişkən, bu mətbu orqanı ölkəmizdə dərc olunan ilk müstəqil qəzet idi. Hər üç gənc televiziya jurnalistikasına böyük əhəmiyyət verirdilər. Onların ən böyük arzusu televiziyanın və radionun daxil olacağı müstəqil media qrup yaratmaq idi.Televiziya kimi onların ilk reportajları cəbhə xəttində baş verən hadisələrdən bəhs edirdi. ANS-in müxbirləri Qarabağdan, Çeçenistandan, İnquşetiyadan, Gürcüstandan - Osetiyadan, Abxaziyadan, Əfqanıstandan və s. münaqişə zonalarından reportajlar hazırlayırdılar. ANS yarandığı ilk vaxtlardan BBC, CNN, CBS, NBC, NHK, ZDF, RAI kimi dünyanın nüfuzlu kanallarını reportajlarla təmin edirdi. ANS kanalının adı gələn zaman, yaddaşlara ən əvvəl Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin Qarabağ müharibəsi zamanı cəbhə xəttində apardığı çəkilişlər və qəhrəman telejurnalistin Xocalı faciəsi zamanı çəkdiyi tarixi kadrlar yada düşür. Bu gün Çingizin bizim aramızda olmamasına baxmayaraq, onun çəkdiyi kadrlar CNN kimi nüfuzlu kanallarda indi də nümayiş olunur. Məhs o kadrların sayəsində Azərbaycan ermənilərin törətdiyi vəhşilikləri dünyaya nümayiş etdirir.1994-cü ildə, artıq iki illik qanuni fəaliyyətdən sonra kompaniyanın işçi heyəti 30 nəfərə çatmışdı. 1994-cü ildə ANS televiziyası ilə AZTV arasında qalmaqal baş verdi. ANS-in işçiləri dövlət televiziyasının ərazisindən çıxarıldı, ANS televiziyasının və radiosunun yayımı dayandırıldı. Yalnız 18 saatdan sonra Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin və onun oğlu İlham Əliyevin müdaxiləsindən sonra ANS-in yayımı bərpa edildi.Bu gün iki həmyaşıd-Müstəqil Azərbaycan və ANS birgə böyüyür və inkişaf edir. Bir çoxlarının ANS-in dəqiq, qərəzsiz və vicdanlı xəbərlərindən narahat olduğu bir vaxtda Heydər Əliyev ANS-ə dəstək oldu. Təsadüfi deyil ki, o çıxışlarından birindən daim ANS xəbərlərini izlədiyini bildirmiş və bir çox vaxtlar xəbərləri izlədikdən sonra bir sıra dövlət məmurlarına və rəsmilərinə tapşırıqlar verdiyini bildirmişdi.Vaxtilə yalnız “Xəbərçi” verilişilə evlərimizə qonaq gələn ANS Şirkətlər Qrupu artıq bu gün böyük bir Mediaholdinqə çevrilib. Bu gün ANS Şirkətlər Qrupuna ANS TV ilə yanaşı Çingiz Mustafayevin adını daşıyan ANS ÇM radiosu, ANS PRESS Nəşriyyat Evi, “BakıFilm” Kinostudiyası da daxildir.Bu gün o qədər də gəlirli sahə olmadığına baxmayaraq, ANS PRESS Nəşriyyat Evi “El”, “Karvan”, “Hesabat”, “Aysel”, “Elli boya”, “Bala dili”, “Elli” “Moto Moto” kimi jurnalları buraxır. Bu Nəşriyyat Evində hazırlanan uşaq jurnalları Azərbaycanın gələcəyi olan balacaların düzgün tərbiyə almasında, doğma dildə məlumatlandırılmasında, maariflənməsində ictimai-siyasi həyatının işıqlanmasında əvəzsiz rolu var.2007-ci ildə yaradılan “BakıFilm” Kinostudiyasında isə bu günə qədər ölkə ictimaiyyəti üçün gərəkli olan bir çox film və serial ekranlaşdırıb. Müasir Azərbaycan tarixində Dağlıq Qarabağ mövzusundan bəhs edən filmlərin az olduğu biz ərəfədə “BakıFilm” Kinostudiyasının “Yaddaş” serialı və filmi, habelə bir çox beynəlxalq festivallarda nümayiş olunan “Xoca” filmi bu boşluğu uğurla doldurdu.ANS ictimaiyyətə qərəzsiz, ən doğru informasiya vermək ənənəsini qoydu. Daha dəqiq, ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevin təbirincə desək, ANS cəmiyyətə pafosdan uzaq xəbər vermək mədəniyyətini gətirdi.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
FHN: “Sədərək” ticarət mərkəzində yanğının yayılmasının qarşısı alınıb
14:32 24.08.2025
FHN: “Sədərək” ticarət mərkəzində yanğının yayılmasının qarşısı alınıb
Trampın xüsusi nümayəndəsi Ukraynanın Müstəqillik Günü mərasimində iştirak edir
14:18 24.08.2025
Trampın xüsusi nümayəndəsi Ukraynanın Müstəqillik Günü mərasimində iştirak edir
Türkmənistan Zirvəsi türk dünyasının birliyinə yeni nəfəs verdi
13:54 24.08.2025
Türkmənistan Zirvəsi türk dünyasının birliyinə yeni nəfəs verdi
Ukrayna səfiri: Azərbaycanla energetika sektorunda əhəmiyyətli nəticələr var
13:48 24.08.2025
Ukrayna səfiri: Azərbaycanla energetika sektorunda əhəmiyyətli nəticələr var
“Sədərək”dəki yanğınla əlaqədar nazir müavini hadisə yerindədir
13:34 24.08.2025
“Sədərək”dəki yanğınla əlaqədar nazir müavini hadisə yerindədir
Tramp: Ukraynanın cəsarəti çoxlarını ruhlandırır
13:15 24.08.2025
Tramp: Ukraynanın cəsarəti çoxlarını ruhlandırır
Sürücülərin “Sədərək”dəki yanğına baxması səbəbindən bu yolda sıxlıq yaranıb
13:03 24.08.2025
Sürücülərin “Sədərək”dəki yanğına baxması səbəbindən bu yolda sıxlıq yaranıb
Rubio: ABŞ Ukraynanın müstəqil dövlət kimi gələcəyinə sadiqdir
12:46 24.08.2025
Rubio: ABŞ Ukraynanın müstəqil dövlət kimi gələcəyinə sadiqdir
Sabah Bakıda 36 dərəcə isti olacaq, bəzi rayonlara leysan yağacaq
12:35 24.08.2025
Sabah Bakıda 36 dərəcə isti olacaq, bəzi rayonlara leysan yağacaq
DİN: “Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib
12:20 24.08.2025
DİN: “Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib
“Sədərək” ticarət mərkəzində yanğın başladı
12:18 24.08.2025
“Sədərək” ticarət mərkəzində yanğın başladı
Türkiyədə şagirdləri daşıyan mikroavtobus qəzaya düşdü - ölən və yaralananlar var
11:57 24.08.2025
Türkiyədə şagirdləri daşıyan mikroavtobus qəzaya düşdü - ölən və yaralananlar var
Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib
11:55 24.08.2025
Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib
Dövlət Agentliyindən xaricdə təhsillə bağlı XƏBƏRDARLIQ
11:39 24.08.2025
Dövlət Agentliyindən xaricdə təhsillə bağlı XƏBƏRDARLIQ
"Azərbaycan Ukrayna xalqına humanitar dəstək və yardım göstərməyə davam edəcəkdir
11:30 24.08.2025
"Azərbaycan Ukrayna xalqına humanitar dəstək və yardım göstərməyə davam edəcəkdir'
Tatarıstan rəhbəri Mehriban Əliyevanı təbrik etdi
11:25 24.08.2025
Tatarıstan rəhbəri Mehriban Əliyevanı təbrik etdi