“ANS ÇM-in yayımı bərpa olunmayacaq” - MTRŞ sədri

“ANS ÇM-in yayımı bərpa olunmayacaq” - MTRŞ sədri
MEDİA
10:56 23.07.2016
5208
Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli ANS TV-nin və radiosunun yayımının dayandırılmasına münasibət bildirib.
Şura sədri N.Məhərrəmli deyib ki, artıq Milli Televiziya və Radio Şurası ANS şirkəti ilə bağlı lazım olan bütün sənədləri məhkəməyə təqdim edib: “Biz ANS televiziya kanalı və şirkətə daxil olan digər strukturlarla bağlı fikrimizi dəfələrlə bildirmişik. Artıq Milli Televiziya və Radio Şurası ANS şirkəti ilə bağlı lazım olan bütün sənədləri, həmçinin ittiham ərizəsini məhkəməyə təqdim edib. Hazırda bu istiqamətdə məhkəmə iş aparır. İnanıram ki, məhkəmə də bu istiqamətdə araşdırma aparıb, hüquqi qiymət verəcək. Biz sadəcə olaraq öz səlahiyyətlərimiz çərçivəsində üzərimizə düşən işi görmüşük”.
N.Məhərrəmli ANS radiosunun yayımının dayandırılmasının səbəblərinə də toxunub: “ANS radiosunun bağlanılması tam qanuna uyğun addımdır. Bilirsiniz ki, mövcud qanunvericiliyə görə, hər hansı televiziya və ya radio qurumunun bir il ərzində 3-dən çox məsuliyyət tədbiri varsa, onun bağlanılması ilə bağlı Milli Televiziya və Radio Şurasının hüququ və səlahiyyətləri vardır. Ona görə də biz öz hüququmuzdan istifadə edərək, ANS radiosunun yayımını dayandırmışıq. Onu da qeyd edim ki, ANS-in 161 min manata qədər cəriməsi var. Çox təəssüf ki, bu cərimə hələ də ödənilməyib.
Bu cərimə ödənilən halda belə ANS radiosunun yayımı bərpa olunmayacaq. Artıq biz bu hüquqdan istifadə etmişik. Cərimə isə əlavədir”.
N.Məhərrəmli “Milli Televiziya və Radio Şurası ANS-in yayımının dayandırılması ilə bağlı keçirdiyi iclasdan sonra telekanal rəhbərliyindən sizinlə əlaqə saxlayan olubmu?” sualını isə belə cavablandırıb: “ANS televiziya kanalı və radiosunun yayımı dayandırıldıqdan sonra bu şirkətin rəhbərliyi ilə hər hansı əlaqəm olmayıb. Onlarla hər hansı əlaqə saxlamıram”.
Xatırladaq ki, 18 iyul 2016-cı il tarixdən saat 18:30-dan etibarən Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının qəbul etdiyi qərara əsasən “ANS Müstəqil Yayım və Media” Şirkətinin, həmçinin, telekanalla birlikdə “ANS ÇM” radiosunun fəaliyyəti dayandırılıb. Buna səbəb ANS-in ABŞ-dakı əməkdaşının Türkiyədə hakimiyyət çevrilişinə rəhbərlik etməkdə şübhəli bilinən Fətulla Güləndən müsahibə alaraq, həmin müsahibəni yerli və xarici KİV-lər vasitəsilə anons etdirməsi olub.
Publika.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan, Türkmənistan və Özbəkistan nəqliyyat və kommunikasiyalar üzrə Birgə İşçi Qrupu yaradır
12:54 23.08.2025
Azərbaycan, Türkmənistan və Özbəkistan nəqliyyat və kommunikasiyalar üzrə Birgə İşçi Qrupu yaradır
Nadir Qafarzadənin evində toy olacaq
12:47 23.08.2025
Nadir Qafarzadənin evində toy olacaq
Bakı, Daşkənd və Aşqabad strateji tərəfdaşlığın möhkəmləndirilməsi kursunu təsdiqləyən birgə bəyanat qəbul edib
12:36 23.08.2025
Bakı, Daşkənd və Aşqabad strateji tərəfdaşlığın möhkəmləndirilməsi kursunu təsdiqləyən birgə bəyanat qəbul edib
Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar 10 % artıb
12:26 23.08.2025
Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar 10 % artıb
İran bir neçə ölkədə silah zavodları tikdi
12:11 23.08.2025
İran bir neçə ölkədə silah zavodları tikdi
Paytaxtın bu ərazisində hərəkət məhdudlaşdırılacaq
11:59 23.08.2025
Paytaxtın bu ərazisində hərəkət məhdudlaşdırılacaq
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
11:38 23.08.2025
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib
11:34 23.08.2025
Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib
İlham Əliyev Türkmənistana səfəri ilə bağlı paylaşım etdi - VİDEO
11:31 23.08.2025
İlham Əliyev Türkmənistana səfəri ilə bağlı paylaşım etdi - VİDEO
Rusiyalı alpinist 4 il əvvəl həyat yoldaşının öldüyü yüksəklikdə vəfat edib
11:22 23.08.2025
Rusiyalı alpinist 4 il əvvəl həyat yoldaşının öldüyü yüksəklikdə vəfat edib
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”
11:20 23.08.2025
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”
Ukraynada “MiQ-29” qırıcısı qəzaya uğrayıb, pilot ölüb
11:14 23.08.2025
Ukraynada “MiQ-29” qırıcısı qəzaya uğrayıb, pilot ölüb
BDYPİ: Sürücülərin yorğunluğu və yuxusuzluğuna görə baş verən yol qəzalarının sayı artıb
10:58 23.08.2025
BDYPİ: Sürücülərin yorğunluğu və yuxusuzluğuna görə baş verən yol qəzalarının sayı artıb
Bakıda 12 yaşlı oğlan amansızlıqla döyüldü
10:49 23.08.2025
Bakıda 12 yaşlı oğlan amansızlıqla döyüldü
3 deputatın övladı TƏLƏBƏ OLDU
10:35 23.08.2025
3 deputatın övladı TƏLƏBƏ OLDU
Füzulidə yanğın törədən şəxs saxlanılıb
10:24 23.08.2025
Füzulidə yanğın törədən şəxs saxlanılıb