ANS TV-nin yayım tezliyi dəyişib

ANS TV-nin yayım tezliyi dəyişib
MEDİA
11:30 10.05.2014
3999
ANS-in yayım tezliyi dəyişib.ANS TV-nin yayımının keyfiyyətini artırmaq məqsədilə mayın 6-dan “Türksat 3 A” peykindən qəbul tezliyini dəyişib. Kanalın “Türksat 3 A” peykindən yeni yayım parametrləri isə belədir.Yeni yayım parametrlərini peyk üzərindən dəyişmək üçün izləyicilər qəbuledici vasitə ilə parametrlərə daxil olmalı, daha sonra kanalların axtarışı düyməsinə basmalıdılar.Ekrana çıxan tezliklər arasından “Türksat 3 A”nı seçib, yeni açılan pəncərədə kanalın tezlik parametrlərini əlavə etməlidirlər. Məsələn, qəbul tezliyi adlı hissəyə “11001 MH”, Polyarizasiya bölməsinə “H” hərfini, sürət hissəsinə “3200”, “FEK” adlı bölməyə ya avto və ya 3/4 yazıb yaddaşa vermək lazımdır. Bundan sonra açılan yeni pəncərədə ANS TV-nin yayım tezliyi görünəcək.İzləyicilər düyməni bu tezliyə sıxmaqla problemsiz kanalı izləyə bilərlər. Məlumat üçün deyək ki, ANS TV, həm “Türksat 3 A”, həm də “Azerspace-1” peykindən yayımlanır.
OXŞAR XƏBƏRLƏR