ANS və ATV-yə xəbərdarlıq edildi!

ANS və ATV-yə xəbərdarlıq edildi!
MEDİA
18:43 03.10.2012
3570
Milli Televiziya və Radio Şurası (MTRŞ) ANS və ATV kanallarına şifahi xəbərdarlıq edib.
Xəbərdarlıq şuranın bu gün keçirilən iclasında elan olunub. Xəbərdarlıqda qeyd olunub ki, ANS kanalında sentyabrın 26-da saat 19.15-də yayımına başlanan və 20.50-dək davam edən, əsas süjet xəttini bir xanımın 2 kişi ilə eşq macəralarının təşkil etdiyi “Bricit Consun gündəliyi” filmində uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən, kodsuz yayımlanan, o cümlədən erotika və qəddarlığı əks etdirən proqramlar üçün xüsusi qaydaların 2 maddəsinə zidd olaraq seksual münasibətlərdən bəhs edən söhbətlərə yol verilib. Eyni zamanda ədəbsiz ifadə və sözlərdən, jestlərdən istifadə edilib.
ATV kanalında isə oktyabrın 1-də saat 13.00-da yayımına başlanan “Əlli görüş” bədii filmində yuxarıda qeyd edilən qaydanın 2 maddəsinə zidd olaraq seksual münasibətlərdən bəhs edən söhbətlərə yol verilib, ədəbsiz ifadə və sözlərdən istifadə olunub. APA
OXŞAR XƏBƏRLƏR