"ANSPRESS"in yalanı üzə çıxdı (EKSKLÜZİV)

"ANSPRESS"in yalanı üzə çıxdı (EKSKLÜZİV)
MEDİA
22:27 05.09.2011
4626
Bu gün anspress.com saytında “Mina partladı” başlıqlı xəbər yayılıb. Saytda 18 yaşlı Mina adlı müğənnin "Hər şey istəyirəm" adlı klipinin hərbi mina kimi partladığı yazılıb. Xəbərdə bu klipin bir gündə "YouTube" video paylaşım saytında 3 mindən çox yükləmə müşahidə olunduğu haqda məlumat verilib və bunun nəinki Azərbaycan, hətta beynəlxalq səviyyədə da yüksək göstərici olduğu bildirilib. AZXEBER.COM portalının əməkdaşı bununla bağlı kiçik araşdırma aparıb. Araşdırma nəticəsində məlum olub ki, bu klip heç də ANSPRESS-də göstərildiyi kimi böyük rezonans doğurmayıb. Klipi “youtube”də 2 günə cəmi 1312 nəfər izləyib. Amma “anspress”də bu videonu 3 mindən çox adamın yükləməsi haqda məlumat verilib. Bu yalanı oxucular da hiddətlə qarşılayıblar. Sosial şəbəkələrdə və “youtube”də klipə gələn şərhlər bunu deməyə əsas verir. Maraqlıdır ki, ANS-in Minanı reklam etməsi kimi, Mina da öz klipində ANS tv-ni və kanalın“Xəbərçi” verilişini piyar edib. Belə ki, Mina mahnısında “İstəyirəm ulduz olum, ANS-də, “Xəbərçi”də qonaq olum” sözlərini deməyi də unutmayıb.Özünə hər zaman dəqiq, qərəzsiz, vicdanlı deyən bir şirkətin hansısa müğənnini reklam etmək məqsədilə yalan məlumat verməsi heç də onlara başucalığı gətirmir. Bir zamanlar ölkənin ictimai-siyasi vəziyyətinə təsir etməyi bacaran media orqanın belə xırda yalanları, onlara olan inamı tamamən yox edə bilər.

Xatırladaq ki, ANSPRESS bir neçə həftə öncə tanınmış jurnalist Mirzə Xəzərin ölüm xəbərini yayımlamışdı. Amma sonra Mirzə Xəzərin sağ olduğu bildirilmişdi. Və yanlış informasiyaya görə portalda heç bir təkzib verilməmiş, oxuculardan üzr istənilməmişdi.

OXŞAR XƏBƏRLƏR