Antarktida buzlarının əriməsi okean sistemində dəyişikliklərə səbəb olur – TƏDQİQAT

Antarktida buzlarının əriməsi okean sistemində dəyişikliklərə səbəb olur – TƏDQİQAT
DÜNYA
00:28 30.10.2026
212
Antarktida dəniz buzlarının azalması okeanın şirin su dövranını pozaraq Antarktida Aralıq Sularının daha duzlu və sıx olmasına səbəb olub. Bu dəyişikliklər dərin okeanların istiləşməsinə və dəniz səviyyəsinin yüksəlməsinə təsir göstərə bilər.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Nature Climate Change” jurnalında dərc olunan tədqiqatda bildirilib.

Melburn Universitetinin alimlərinin araşdırmasına görə, 1995–2015-ci illərdə Antarktida buzlarının əriməsi okeanda şirin su qatının formalaşmasına kömək edib. Lakin 2016–2024-cü illərdə dəniz buzlarının azalması şirin su axınını zəiflədərək su qatının daha duzlu, sıx və dərin olmasına gətirib çıxarıb.

Tədqiqatçılar xəbərdarlıq edirlər ki, bu dəyişikliklər okeanın karbonu saxlamaq qabiliyyətini zəiflədə və mövcud iqlim modellərində dərin okeanların istiləşməsi ilə regional dəniz səviyyəsinin yüksəlməsi düzgün qiymətləndirilməyə bilər.
OXŞAR XƏBƏRLƏR