"Antikorrupsiya sahəsində Hüquq Akademiyası” layihəsinin açılışı oldu

GƏNCLİK
19:47 24.02.2024
3556
23 fevral 2024-cü il tarixində ELSA Azərbaycanın ("Avropa Hüquqşünas Tələbələr Assosiasiyası – Bakı” İctimai Birliyi) təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Respublikasının Baş Prokurorluğunun tərəfdaşlığı ilə həyata keçirilən "Antikorrupsiya sahəsində Hüquq Akademiyası” layihəsinin açılış mərasimi baş tutub.
 
Açılış mərasimi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində keçirilmiş, tədbirdə rəsmi qonaqlar iştirak etmişdirlər. Açılış mərasimində Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin rəisi Səbuhi Alıyev açılış nitqi ilə çıxış edərək rəsmi qonaqları və hüquq tələbələrini salamlayıb. Korrupsiyaya qarşı mübarizə sahəsində maarifləndirmə işlərinin aparılmasının vacibliyini vurğulayan Səbuhi Alıyev bu baxımdan ELSA Azərbaycanın fəaliyyətini yüksək qiymətləndirmişdir. Daha sonra Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov çıxış edərək Gənclər Fondunun maarifləndirmə işlərini özündə ehtiva edən layihələrə daim xüsusi diqqət göstərdiyini bildirmiş və bu istiqamətdə ELSA Azərbaycanın indiyədək bir çox layihələrinə dəstək olduqlarını vurğulanıb.
 
Hüquq Akademiyasının açılış mərasimində, eyni zamanda, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının Baş katibi Bayram Orucov, ADA Universitetinin Hüquq fakültəsinin dekanı Rəşad İbadov, Bakı Dövlət Universitetinin Mülki proses və kommersiya hüququ kafedrasının müdiri Əsmər Əliyeva, ELSA Azərbaycanın Prezidenti Nərminə Hüseynzadə və ELSA Azərbaycanın Xəzinədarı Nazim Çələbiyev çıxış ediblər.
 
Qeyd edək ki, Hüquq Akademiyasının əsas məqsədi hüquq tələbələrini və gənc hüquqşünasları ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən islahatlar, o cümlədən institusional və qanunvericilik tədbirləri barədə maarifləndirmək, beynəlxalq antikorrupsiya tədrisi təcrübəsi nəzərə alınmaqla, onların bu sahə üzrə bilik və bacarıqlarını artırmaqdan ibarətdir.
 
Layihə çərçivəsində iştirakçılara 3 gün ərzində korrupsiya ilə mübarizə sahəsində peşəkarlar tərəfindən müxtəlif təlimlər keçiriləcəkdir.
 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq