Antiterror əməliyyatı regiondakı siyasi reallığı necə dəyişdi? – Politoloqdan AÇIQLAMA

Antiterror əməliyyatı regiondakı siyasi reallığı necə dəyişdi? – Politoloqdan AÇIQLAMA
SİYASƏT
20:03 19.09.2026
68
2023-cü il sentyabrın 19-da keçirilən antiterror əməliyyatı Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtələrindən biridir. Əməliyyat nəticəsində ölkənin ərazi bütövlüyü tam bərpa edildi və Azərbaycanın suverenliyi bütün ərazilərində təmin olundu”

Bu sözləri politoloq Aydın Tağıyev AZXEBER.COM-a açıqlamasında bildirib.

O deyib ki, bu hadisə Azərbaycanın hərbi gücünü diplomatik üstünlüyə çevirməsinin parlaq nümunəsidir:

"Bu hadisə Azərbaycanın hərbi gücünü diplomatik üstünlüyə çevirməsinin parlaq nümunəsi idi. Əməliyyatla birlikdə Ermənistanın hərbi-siyasi manevr imkanları ciddi şəkildə məhdudlaşdı. Azərbaycan isə regionda əsas söz sahibi mövqeyini möhkəmləndirdi. Antiterror əməliyyatı Cənubi Qafqazda mövcud güc balansına da təsirsiz ötüşmədi. Hadisələrdən sonra regionda yeni siyasi reallıqlar formalaşıb və tərəflərin danışıqlardakı mövqelərində ciddi dəyişiklik yaranıb. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması sülh danışıqlarının real müstəviyə keçməsi üçün mühüm zəmin yaradıb. Ərazi bütövlüyünün tam təmin olunması sülh danışıqlarının real formada başlanması üçün legitim əsasa çevrildi”.

Politoloq qeyd edib ki, münaqişənin köklü həlli yalnız güc balansının dəyişməsi ilə mümkün idi:

"Münaqişənin köklü həlli yalnız güc balansının dəyişməsi ilə mümkün idi. Bundan sonra Azərbaycanın danışıqlar masasında mövqeyi daha da gücləndi və sülh prosesinin beynəlxalq müstəvidə irəliləməsi üçün yeni imkanlar yarandi. 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunan razılaşma da bu prosesin mühüm mərhələlərindən biri kimi qiymətləndirilə bilər. ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə keçirilən görüşdə sülh sənədinin paraflanması Azərbaycan-Ermənistan münasibətlərinin hüquqi çərçivəyə salınması istiqamətində mühüm addım olub. Bu görüş Qərbin Cənubi Qafqazda təsirini artırdı və sülh prosesini beynəlxalq müstəvidə möhkəmləndirdi. 2023-cü ilin sentyabrında baş verən hadisələrlə 2025-ci ilin avqustunda Vaşinqtonda əldə olunan razılaşma arasında siyasi baxımdan əlaqə var. Azərbaycanın hərbi üstünlüyünün sonrakı mərhələdə diplomatik nəticələrə çevrilməsi sülh prosesinin istiqamətinə ciddi təsir göstərib”.

"2023-cü il sentyabrın 19-da keçirilən əməliyyat Azərbaycanın hərbi qələbəsini diplomatik üstünlüyə çevirdi. Əgər bu əməliyyat həyata keçirilməsəydi, Ermənistan sülh danışıqlarına real şəkildə oturmazdı. Vaşinqtonda paraflanan müqavilə isə göstərdi ki, yalnız güc və diplomatiyanın sintezi bölgədə praktiki sülh mərhələsinə yol açır. Beləliklə, 2023-cü ilin sentyabrında Azərbaycanın suverenliyinin bütün ərazidə təmin olunması regiondakı siyasi proseslərin istiqamətini dəyişdirən əsas hadisələrdən biri olub. Sonrakı dövrdə diplomatik müstəvidə aparılan danışıqlar və 2025-ci il avqustun 8-də Vaşinqtonda atılan addımlar isə Azərbaycan-Ermənistan münasibətlərində münaqişədən sonrakı mərhələnin formalaşdığını göstərib”,-deyə politoloq vurğulayıb.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR