Antonio Konte "Mançester Yunayted" və "Yuventus"un maraq dairəsindədir

Antonio Konte "Mançester Yunayted" və "Yuventus"un maraq dairəsindədir
İDMAN
00:56 06.10.2026
187
Hazırda işsiz olan tanınmış italiyalı mütəxəssis Antonio Konte iki Avropa klubunun diqqət mərkəzindədir.

"Football-Italia" nəşrinin məlumatına görə, 57 yaşlı mütəxəssisi baş məşqçi postuna gətirməkdə İngiltərənin "Mançester Yunayted" və İtaliyanın "Yuventus" klubları maraqlıdır.

A.Kontenin son iş yeri "Napoli" olub. O, 2025/2026 mövsümünün sonunda klubdan ayrılıb.

Xatırladaq ki, hazırda "Yuventus"un baş məşqçisi vəzifəsini Luçano Spalletti tutur, "Mançester Yunayted"ə isə Maykl Kerrik rəhbərlik edir.
 
///report///
OXŞAR XƏBƏRLƏR