Antonio Tayani İtaliya vətəndaşlarının İrandan təxliyəsində Azərbaycanın dəstəyini yüksək qiymətləndirib

Antonio Tayani İtaliya vətəndaşlarının İrandan təxliyəsində Azərbaycanın dəstəyini yüksək qiymətləndirib
SİYASƏT
20:48 06.03.2026
691
6 mart tarixində İtaliya Respublikasının baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng edib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat verib.

Bildirilib ki, telefon danışığı zamanı tərəflər regionda yaranmış təhlükəsizlik vəziyyəti, xüsusilə də İran tərəfindən Azərbaycan ərazisinə qarşı həyata keçirilmiş dron hücumları ilə bağlı fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov Azərbaycan ərazisinə qarşı həyata keçirilmiş bu cür hücumların qəbuledilməz olduğunu vurğulayaraq, ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş hər hansı addımların beynəlxalq hüquqa zidd olduğunu qeyd edib. Bildirilib ki, mülki əhali və infrastruktur üçün risk yaradan bu kimi hərəkətlər regionda təhlükəsizlik və sabitliyə ciddi təhdid təşkil edir.

Nazir Antonio Tajani mövcud vəziyyətlə bağlı narahatlığını ifadə edərək, həmrəyliyini bildirib. O, regionda sabitliyin bərpa olunmasının əhəmiyyətini qeyd edib.

İtaliya naziri İtaliya vətəndaşlarının Azərbaycan Respublikasının ərazisindən istifadə etməklə təxliyyəsinə yaradılmış şəraitə görə Azərbaycan tərəfinə təşəkkürünü ifadə edib.

Göstərilmiş dəstəyin yüksək qiymətləndirildiyi bildirilib.

Telefon danışığı zamanı tərəflər həmçinin iki ölkə arasında strateji tərəfdaşlıq çərçivəsində əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ərdoğan həbs edilən Haluk Levent haqda danışdı: "Bu, tərbiyəsiz şəxslərin..."
15:46 28.07.2026
Ərdoğan həbs edilən Haluk Levent haqda danışdı: "Bu, tərbiyəsiz şəxslərin..."
Azərbaycanda bu şəxslərin maaşı artırılacaq
15:40 28.07.2026
Azərbaycanda bu şəxslərin maaşı artırılacaq
Unibank jurnalistlər üçün təlim təşkil etdi - FOTOLAR
15:37 28.07.2026
Unibank jurnalistlər üçün təlim təşkil etdi - FOTOLAR
Prezidentin yeni təyin etdiyi səfirlər kimlərdir? - Dosye
15:31 28.07.2026
Prezidentin yeni təyin etdiyi səfirlər kimlərdir? - Dosye
Motosiklet sürücülərinə xəbərdarlıq - Bunları bilməlisiniz
15:24 28.07.2026
Motosiklet sürücülərinə xəbərdarlıq - Bunları bilməlisiniz
Rəşad Məmmədov etimadnaməsini Şavkat Mirziyoyevə təqdim etdi
15:17 28.07.2026
Rəşad Məmmədov etimadnaməsini Şavkat Mirziyoyevə təqdim etdi
"İranın "Səhər" telekanalı ilə əməkdaşlıq edənlər məsuliyyətə cəlb edilməlidir" - Azər Həsrət
15:13 28.07.2026
"İranın "Səhər" telekanalı ilə əməkdaşlıq edənlər məsuliyyətə cəlb edilməlidir" - Azər Həsrət
Nigeriyada vəba epidemiyası: 14 nəfər öldü
14:38 28.07.2026
Nigeriyada vəba epidemiyası: 14 nəfər öldü
Müəllimini güllələyən şagirdin atasına hökm oxundu
14:35 28.07.2026
Müəllimini güllələyən şagirdin atasına hökm oxundu
Bakıdakı bu bina görənləri şoka salır - kimin olduğu bilinmir - FAKTLAR
14:31 28.07.2026
Bakıdakı bu bina görənləri şoka salır - kimin olduğu bilinmir - FAKTLAR
Azercell və ADA Universiteti tələbələr üçün AI4Real Bootcamp proqramına start verir
14:18 28.07.2026
Azercell və ADA Universiteti tələbələr üçün AI4Real Bootcamp proqramına start verir
Azərbaycanın Qazaxıstandakı səfiri vəzifəsindən geri çağırıldı
14:12 28.07.2026
Azərbaycanın Qazaxıstandakı səfiri vəzifəsindən geri çağırıldı
Azərbaycanın Hindistandakı səfiri vəzifəsindən geri çağırıldı - İtaliyada səfir təyin edildi
14:10 28.07.2026
Azərbaycanın Hindistandakı səfiri vəzifəsindən geri çağırıldı - İtaliyada səfir təyin edildi
Azərbaycanın Tacikistandakı səfiri geri çağırıldı - Qazaxıstana səfir təyin edildi
14:08 28.07.2026
Azərbaycanın Tacikistandakı səfiri geri çağırıldı - Qazaxıstana səfir təyin edildi
Biri istifadə olunur, digəri milyonlar qazandırır - Ən populyar tətbiqlər bəlli oldu
14:02 28.07.2026
Biri istifadə olunur, digəri milyonlar qazandırır - Ən populyar tətbiqlər bəlli oldu
Azərbaycanda "Aviasiya haqqında" qanun dəyişdi
13:44 28.07.2026
Azərbaycanda "Aviasiya haqqında" qanun dəyişdi