APA TV yayıma başladı

APA TV yayıma başladı
MEDİA
10:14 29.05.2013
2067

Holding” MMC-yə daxil olan APATV bu gündən yayıma başlayıb.

APA-nın məlumatına görə, televiziyanın əsas məqsədi tamaşaçılara on-line xəbər xidməti göstərmək, maraqlı verilişlər, yeni layihələr, reportajlar, telearaşdırmalar və digər maraqlı proqramlar təqdim etməkdir.

Televiziya hər saatın tamamında 10 dəqiqəlik xəbər buraxılışı təqdim edəcək.

APATV-də müxtəlif səpkili ictimai-siyasi, sosial mövzuları əks etdirən verilişlər də yayımlanacaq.

Kanal “Səhər-səhər”, “Manşet”, “Sosium”, “Panoram”, “Bizim şəbəkə”, “İlqar Rəsul və...”, “Müharibə adamı” və s. maraqlı verilişlərlə tamaşaçıların görüşünə gələcək.

Televiziya baş direktor və Yaradıcılıq Şurası tərəfindən idarə olunur.

APATV-nın baş direktoru Eldəniz Vəliyevdir.

Qeyd edək ki, televiziyanıwww.apa.tvünvanında izləmək olar.

OXŞAR XƏBƏRLƏR