Aprel Döyüşləri – Şanlı Qələbəmizdir!

GƏNCLİK
11:16 25.12.2017
1952
Azərbaycan Maarifçi Gənclər Təşkilatı oktyabr ayından etibarən Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Aprel Döyüşləri – Şanlı Qələbəmizdir” adlı layihə həyata keçirir. 
 
Layihə çəşçivəsində 30 dəqiqəlik sənədli film lentə alınıb. Sənədli film aprel döyüşlərində həlak olmuş Pəncəli Teymurov, Rəvan Murayev və Ülvin Məmmədov  olmaqla 3 şəhidimizdən bəhs edir. Sənədli film 6 saylı məktəb-liseyin  şagirdlrinə nümyiş etdirilərək aprel şəhidlərimzin tanınması istıqamətində gənclər arasında maarifləndirmə işi aparılıb. 

Layihənin yekunu tədbiri ilk siniflrini 6 saylı məktəb-liseydə oxumuş Mahir Qədirovun ad günü olduğu üçün 21 lekabr 2017-ci ildə həyata keçirildi. Tədbir Park Bulvar AVM-in Tusi Planetarium zalında baş tutdu. Tədbirdə Şəhid Mahir Quliyevin valideynləri və digər şəhid valideynlıri iştirak ediblər. 6 saylı məktəb-liseyin müəllim və şagird heyəti Mahir Qədirovun və bütün şəhidlərin  xatirısini 1 dəqiqəlik sükutla yad etdilər və onun barəsində hazırlanmış videoçarxa baxdılar. Daha sonra isə layihə çərçivəsində lentə alınmış "Aprel Döyüşləri –Şanlı Qələbəmizdir” adlı sənədli filmin nümayişi oldu. 

Layihəin rəhbəri Ruhiyyə Aslanova sonda Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fonduna layihənin  maliyyə dəstəyinə , 6 saylı-məktəb lisseyin kollektivinə layihəyə göstərdiyi marağa , Park Bulvar AVM-in Tusi Bohm Planetrium zalına   görə təşəkkürünü və bütün tədbir iştirakçları adından  Mahir Qədirovun valideynlri qarşısında  belə igid oğul yetişdirdikləri üçün baş əydiyini bildirdi. Bundan əlavə bütün şəhidlərimiz barədə belə maarifləndirici filmlərin çəkilməsinin vacibliyini vurğuladı.
 


OXŞAR XƏBƏRLƏR