"Aprel-may aylarında koronavirusa yoluxmalar artacaq"

SAĞLAMLIQ
10:11 03.04.2021
3275
"Aprel-may aylarında koronavirusun mövsümi xarakter daşıdığına görə yoluxma halları artacaq".

AZXEBER.COM APA-ya istinadən bildirir ki, bunu Rusiya Baş nazirinin müavini Tatyana Qolikova bildirib.

T.Qolikova əhalinin koronavirusa qarşı peyvənd olunmasını vəziyyətin sabitləşməsinin açarı olduğunu vurğulayıb: "Vətəndaşlarımızı peyvənd olunmağa çağırıram, çünki əzizlərinizin, birlikdə çalışdığınız işçilərin sağlamlığını qorumaq vacibdir".

Baş nazirin müavini əlavə edib ki, peyvənd vurulduqdan sonra məhdudlaşdırıcı tədbirləri davam etdirmək çox vacibdir: "Məhdudlaşdırıcı tədbirlərin tez aradan qaldırılması üçün qaydalara əməl etməklə çox vacibdir". 

OXŞAR XƏBƏRLƏR