Apreldən gec olmayaraq müharibəyə başlamalıyıq"

Bütün Xəbərlər
10:51 19.02.2011
1883

AZXEBER.COM-un məlumatına görə, Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı milli.az xəbər portalına verdiyi açıqlamasında belə deyib.

Akif Nağı bildirib ki, İctimai Palata sıralarını genişləndirməyə, müxalifət düşərgəsindəki qüvvələrin tam əksəriyyətini özündə əks etdirməyə çalışsa da, bu səylərin nə qədər uğurlu olduğunu deyə bilməz: "O təşkilatın iclasında qaldırılan təşəbbüslər və müzakirə edilən məsələlər Qarabağ Azadlıq Təşkilatının fəaliyyət dairəsinə daxil olmadığına görə nə bu təşkilata üzv olmaq fikrimiz var, nə də onların fəaliyyətinə qiymət vermək".

Dağlıq Qarabağ münaqişəsinə toxunan QAT sədri hesab edir ki, Azərbaycan işğalçı Ermənistana qarşı müharibəyə başlamalıdır: "Təklif etmişdik ki, müharibə fevral-aprel aylarından gec olmayaraq başlasın. Həmin müddət artıq gəlib çatıb. Cəmiyyətdə müharibə tələbinin formalaşıb, yaranmasına çalışırıq".

Akif Nağı "xalq diplomatiyası"ndan da narazılıq edib: "Çünki ermənilər atəşkəs müddətindən maksimum yararlanmaq, Dağlıq Qarabağ münaqişəsinin həllini uzatmaq üçün "xalq diplomatiyası" kimi qondarma məsələni fürsət bilirlər".

QAT sədri daha sonra bildirib ki, hazırda təşkilat "Xocalı soyqırımı şahidlərin gözü ilə" adlı sənədlər toplusu hazırlayır: "Adətən, Xocalı soyqırımı günü ərəfəsində müəyyən faktlar qabardılır, çıxışlar olur. Lakin bizim həmin faciə barədə detallarla, daha təfərrüatlı bəhs etmək, həmin sənədi bir sıra beynəlxalq təşkilatlara göndərmək, habelə mətbuatda və internetdəki sosial şəbəkələrdə yaymaq niyyətimiz var".

OXŞAR XƏBƏRLƏR