Apreldə Səhiyyə Nazirliyinə 201 nəfər şikayət edib

Apreldə Səhiyyə Nazirliyinə 201 nəfər şikayət edib
Bütün Xəbərlər
12:01 01.05.2012
586

Səhiyyə Nazirliyinin "Qaynar xətt" xidmətinə (565-12-64; 595-40-15; 595-35-39) bu ilin aprel ayı ərzində 384 müraciət daxil olub.

AZXEBER.COM-un nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, müraciətlərin 201-i şikayət olub. Onların 59-u əsaslı, 142-si isə əsassız hesab edilib. Müraciətlərin 91-i sorğu xarakterli, 72-si isə cari problemlərlə bağlı olub, 20-si aidiyyəti üzrə olmayıb.

"Qaynar xətt" xidmətinə daxil olmuş bütün müraciətlər mütəxəssislər tərəfindən dinlənilir, qeydə alınır və araşdırılır. Bu günə kimi daxil olan bütün şikayətlər barədə müvafiq tədbirlər görülüb.

OXŞAR XƏBƏRLƏR