Aqil Dadaşovun arvadının qatili danışdı - VİDEO

Aqil Dadaşovun arvadının qatili danışdı -  VİDEO
Bütün Xəbərlər
12:38 20.08.2013
3834

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, “Ülfət” qəzetinin baş redaktoru Aqil Dadaşovun həyat yoldaşını qətlə yetirən qatil danışıb.

AZXEBER.COM xezerxeber.com-a istinadən xəbər verir ki, o, peşman olduğunu etiraf edib:

"Bir neçə gün əvvəl ali məktəb müəlliməsini qətlə yetirən şəxs danışdı.Çox peşmanam.mənimdə anam var.Qadın öldürmüşəm.Kişiyə yaraşan hərəkət etməmişəm.

Söhbət Abşeron rayonu Hökməli qəsəbəsində baş verən ağır cinayətdən gedir. Ali məktəb müəlliməsi 58 yaşlı Elmira Dadaşovanı evində 15 bıçaq zərbəsi vuraraq qətlə yetirən 31 yaşlı Əlaqif Abbasov polisin keçirdiyi xüsusi əməliyyatla saxlanılıb.

Reşotkanı qırdım girdim içəri, gördüm evdə arvad.Arvad başladı qışqırmağa, qonum-qonşu eşitdi.Məndə arvada dedim mən bura pul üçün gəlmişəm səni öldürmək fikirim yoxdur.Qadın dedi pulumuz yoxdur bir-iki bıçaq vurdum buna.Sonra dedi sənə çoxlu pul verəcəm.Sonra mənə dedi mənə su ver.Aparıb mətbəxtdə üzünü yudum su verdim, başladı yenidən qışqırmağa.

Narkotik maddəyə olan ehtiyyacını ödəmək üçün oğurluğa girən Əlaqif qonşuların səsini eşidəndə, qadına mətbəx bıçağı ilə bir neçə zərbə vuraraq qaçıb.

Mətbəxdə pendir bıçaqı var idi.Götürdüm vurdum qapını ki, qonşular döyürdü məndə başladım çoxlu vurmağa.Bilmirəm neçəsini vurdum.Mən kankret evə oğurluq məqsədi ilə girmişdim.Əslində məni kişi aldatdı.Qapını ki bayırdan bağlayıb getdi elə bildim ki da evdə adam yoxdur.boş evdi.

Əlaqif ağır cinayəti törədib qaçarkən evdən bir ədəd qolbaq götürüb.Evdən pul götürə bilmədim.Heçnə çünki qonşular gəlirdi.Bir qolbağ idi,O da qızıl çıxmadı qırdım tulladım.

Polis apararkən müəyyən edib ki, bu cinayətdən başqa o, bir neçə mənzildən də oğurluq edib. Fakta görə Abşeron prokurorluğunda cinayət işi başlanıb, araşdırmalar aparılır.

OXŞAR XƏBƏRLƏR