Aqil Ələsgər Türkiyədə ilk dəfə keçirilən Beynəlxalq Simpoziumda çıxış etdi

Aqil Ələsgər Türkiyədə ilk dəfə keçirilən Beynəlxalq Simpoziumda çıxış etdi
MEDİA
13:00 16.12.2015
1273

Türkiyədə bir ilk yaşandı. İsparta Süleyman Dəmirəl Universiteti ilk dəfə Paralel Dövlət Şəbəkəsini beynəlxalq simpoziumda müzakirəyə çıxardı. Universitetin Pangea Klubu tərəfinfdənLütfi Çakmaçı Konqress Mərkəzində keçirilən simpoziumda Pensilvaniyada yaşayan Fətullah Gülənin liderlik etdiyi Paralel Dövlət Şəbəkəsinin Türkiyə daxilində və xaricindəki əlaqələri və fəaliyyətləri müzakirə edildi.

Mövzu üzrə mütəxəssislərin, elm adamlarının, İsparta şəhərinin hüquq-mühafizə orqanları rəhbərlərinin və tələbələrin qatıldığı simpoziumda Türkiyənin Gülən ilə mübarizədə məşhurlaşmış sabiq polis rəisi, “Halicdə yaşayan simonlar” kitabının müəllifi Hanefi Avcı, Polis Kəşfiyyatı Dairəsinin sabiq rəisi, “İn” kitabının müəllifi Sabri Uzun, Baş polis idarəsi rəisinin sabiq müavini Emin Arslan, İnönü Universitetinin professoru Ruhi Abat, “Sabah” qəzetinin köşə yazarı, araşdırmaçı yazar Fərhat Ünlü, Bosniyadan jurnalist-stratejist Osman Softik, Nigeriyadan jurnalist A. Muhammed Bedu və Azərbaycandan “Yeni Çağ” qəzetinin baş redaktoru, “Terrorun Gülən üzü” kitabının müəllifi Aqil Ələsgər mövzu üzrə çıxış etdilər.

Fərhad Ünlünün moderatorluğunda gerçəkləşən simpoziumda Paralel Şəbəkəni dövlətin bütün orqanlarına yayılan xərçəngə bənzədən Emin Arslan Gülənin istəyinə nail olmaq üçün bütün yollara baş vurduqlarını bildirib.

İlk dəfə bir universitetin belə bir mövzuya diqqət etməsindən məmnunluğunu ifadə edən Sabri Uzun isə Gülən Şəbəkəsini Hitler modelinə bənzədib. Onlara beyət etməyənləri necə cəzalandırdıqlarını nümunələrlə açıqlayan Uzun Gülənin gənclərin məktəb, iş və evlilik qərarlarına nüfuz etməklə, onları yönləndirmək istədiyini qeyd edib.

Sabiq polis rəisi və Camaata qarşı yazdığı kitaba görə, həbs edilən Hanefi Avcı isə xaricdə məktəblər açaraq, adil və xoşgörülü profillə tanınmaq istəyən Gülən Örgütünün hədəfləri əngəlləndiyi təqdirdə necə bir paralel örgütə çevrildiyini yaxın tariximizə dair örnəklər verərək, açıqlayıb.

Professor Ruhi Abat isə qlobal hesablaşmaları düzgün dəyərləndirməyənlərin yaşananları doğru analiz edə bilməyəcəyini vurğuladı.

Osman Softik Bosniyadakı, A. Muhammed Bedu isə Afrikadakı Gülən Şəbəkəsinin fəaliyyətlərini anlatdılar.

Beynəlxalq Simpoziumda Azərbaycanı təmsil edən Aqil Ələsgər isə slayd göstərisi ilə Gülənin Azərbaycan və Rusiyada təhsil, media, biznes və dövlət içi şəbəkəsini ayrı-ayrılıqda anlatdı. A.Ələsgər Gülən Şəbəkəsinin özlərini məğlubedilmiş kimi göstərərək, əslində fəaliyyətlərini başqa adlar altında davam etdirdiklərinə diqqət çəkdi. Azərbaycan dövlətinin Gülən Şəbəkəsinə qarşı Türkiyənin yanında olduğuna diqqət çəkən A.Ələsgər “Fəqət qarşımızdakı güc sıradan bir terror örgütü deyil, bunlar illərlə özlərini gizlədərək, deşifrə olunmadan fəaliyyətlərini davam etdirmiş profesionallardır. Bu səbəbdən də bunları bir anın içərisində deşifrə edib, zərərsizləşdirmək mümkün deyil. Bir məsələni bilməniz lazımdır ki, Gülən Türkiyədən əlini çəkər, ancaq Azərbaycanı buraxmaz. Çünki Azərbaycan onun Rusiya və Orta Asiyaya giriş qapısıdır. Azərbaycanlı müridləri ilə türk müridlərinin aça bilmədiyi qapıları açırlar”, deyə qeyd edib.

Simpozium sual-cavablarla davam edib.

Tədbirin sonunda məruzəçilərə Süleyman Dəmirəl Universitetinin rektoru İlkər Hüseyn Çarıkçı tərəfindən Fəxri Diplomlar təqdim edilib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan XİN Ukraynanı təbrik edib
14:46 24.08.2025
Azərbaycan XİN Ukraynanı təbrik edib
FHN: “Sədərək” ticarət mərkəzində yanğının yayılmasının qarşısı alınıb
14:32 24.08.2025
FHN: “Sədərək” ticarət mərkəzində yanğının yayılmasının qarşısı alınıb
Trampın xüsusi nümayəndəsi Ukraynanın Müstəqillik Günü mərasimində iştirak edir
14:18 24.08.2025
Trampın xüsusi nümayəndəsi Ukraynanın Müstəqillik Günü mərasimində iştirak edir
Türkmənistan Zirvəsi türk dünyasının birliyinə yeni nəfəs verdi
13:54 24.08.2025
Türkmənistan Zirvəsi türk dünyasının birliyinə yeni nəfəs verdi
Ukrayna səfiri: Azərbaycanla energetika sektorunda əhəmiyyətli nəticələr var
13:48 24.08.2025
Ukrayna səfiri: Azərbaycanla energetika sektorunda əhəmiyyətli nəticələr var
“Sədərək”dəki yanğınla əlaqədar nazir müavini hadisə yerindədir
13:34 24.08.2025
“Sədərək”dəki yanğınla əlaqədar nazir müavini hadisə yerindədir
Tramp: Ukraynanın cəsarəti çoxlarını ruhlandırır
13:15 24.08.2025
Tramp: Ukraynanın cəsarəti çoxlarını ruhlandırır
Sürücülərin “Sədərək”dəki yanğına baxması səbəbindən bu yolda sıxlıq yaranıb
13:03 24.08.2025
Sürücülərin “Sədərək”dəki yanğına baxması səbəbindən bu yolda sıxlıq yaranıb
Rubio: ABŞ Ukraynanın müstəqil dövlət kimi gələcəyinə sadiqdir
12:46 24.08.2025
Rubio: ABŞ Ukraynanın müstəqil dövlət kimi gələcəyinə sadiqdir
Sabah Bakıda 36 dərəcə isti olacaq, bəzi rayonlara leysan yağacaq
12:35 24.08.2025
Sabah Bakıda 36 dərəcə isti olacaq, bəzi rayonlara leysan yağacaq
DİN: “Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib
12:20 24.08.2025
DİN: “Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib
“Sədərək” ticarət mərkəzində yanğın başladı
12:18 24.08.2025
“Sədərək” ticarət mərkəzində yanğın başladı
Türkiyədə şagirdləri daşıyan mikroavtobus qəzaya düşdü - ölən və yaralananlar var
11:57 24.08.2025
Türkiyədə şagirdləri daşıyan mikroavtobus qəzaya düşdü - ölən və yaralananlar var
Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib
11:55 24.08.2025
Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib
Dövlət Agentliyindən xaricdə təhsillə bağlı XƏBƏRDARLIQ
11:39 24.08.2025
Dövlət Agentliyindən xaricdə təhsillə bağlı XƏBƏRDARLIQ
"Azərbaycan Ukrayna xalqına humanitar dəstək və yardım göstərməyə davam edəcəkdir
11:30 24.08.2025
"Azərbaycan Ukrayna xalqına humanitar dəstək və yardım göstərməyə davam edəcəkdir'