Aqşin Yenisey aksiyaya çıxan gəncləri biabır etdi

Aqşin Yenisey aksiyaya çıxan gəncləri biabır etdi
GƏNCLİK
23:00 11.03.2013
6987
“Niyə məhz seçki ərəfəsində əsgər ölümünü əllərində bayraq edirlər?”Dünən gənc yazar Aqşin Yeniseyin Bakıda keçirilən “Əsgər ölümünə son” aksiyası ilə bağlı “Facebook”da yazdığı status müzakirə obyektinə çevrilib. Statusda deyilir: “Vallah bizim gəncliyin "siyasi inqilabı" mənə toyxanada mahnı sifarişinə görə düşən "yaxşı oğlanların" davasını xatırladır”.Status aksiyaçı gənclərin, eyni zamanda, bir neçə gənc yazarın kəskin etirazına səbəb olub, onun ünvanına tənqidlər səsləndirilib. Bəs şair əslində bu statusu ilə nə demək istəyirdi? Tənqidlə qarşılanan bu fikir cəmiyyət tərəfindən kifayət qədər düzgün anlaşıla bilibmi, yoxsa bu reaksiyaları doğuran onun anlaşılmazlığıdı ?Aqşin Yenisey AzVision.az-açıqlamasında bildirib ki, əslində bu və bu kimi aksiyaların məqsədi heç də əsgər ölümlərinə etiraz deyil: “Gənclər guya əsgər ölümü ilə bağlı aksiya keçirirlər. Ancaq əsgər ölümü iki il, üç il bundan əvvəl də olurdu. Onda hardaydı bu gənclik? Niyə səslərini çıxarmırdılar? Niyə məhz seçki ərəfəsində əsgər ölümünü əllərində bayraq edirlər? Bir gənc əsgərin ölümünün üstündən siyasət yapmaq istəyirlər. Mən yaxşı bilirəm ki, bu gənclik hansı sosial qüvvələrin əlində oyuncaqdırlar. İplə oynadılan kuklalardırlar elə bil. Siyasətin kukla teatrıdır bu... Mən ona görə öz tənqidi fikrimi bildirdim ki, yəni siz iki il bundan əvvəl ölən əsgər üçün aksiya keçirmirdiniz? Və məlum oldu ki, bizim siyasi gəncliyimiz də dini gəncliyimiz kimi qaragüruhdan ibarətdir. Aksiyaçı gənclər arasında ideyaları arasında bir dənə ağıllı, alternativ fikir oxumadım. Yalnız söyüş, təhqir, xəyanət...”Həmsöhbətimiz bildirir ki, əslində onun statusu indiki gəncliyin savadlı olmamasına təəssüfü idi: “Gəncliyimiz bir az savadlı olmalıdır. Onlar əgər ölkədə nəyisə dəyişmək istəyirlərsə, pisliyə doğru dəyişəcəklər. Bu gəncliklə gələcəyə getmək olmaz. Ayıbdır! Bu qədər müasir dünyada belə savadsız gənclik ölkəmiz üçün başaşağılığıdır. Görünür ki, gəncliyimiz tənqidə meylli deyillər. Hamısı guya müdrik, ağıllı gənclikdir, həqiqət yalnız bunların tərəfindədir. Bunlar nə dedisə, o olmalıdır. Mənim fikrim o mənada deyildi ki, onları təhqir edim, aşağılayım. O mənim fikrim idi, bu da onların öz fikirləridir və çox hörmətlə yanaşıram. Ancaq yenə də təəssüf edirəm ki, bizim gəncliyimzin dünyagörüşü bu səviyyədədir”.Qeyd edək ki, yazar Seymur Baycan da Aqşin Yeniseyin statusuna qarşı çıxanlar sırasındadır. Hətta o, “Facebook”da öz statusu ilə şairi “toyxana təfəkkürlü” bir şəxs kimi qiymətləndirib: “Azad insan yaxşı və məhsuldar, azad olmayan insan isə Aqşin Yenisey kimi düşünür. Doğrudan da da insanin mənəvi çöküşü başlayanda dibə qədər gedir. Artıq sırtıqlaşır və heç nəyi özünə ar bilmir. Bir şair, yazar kimi mövqe bildirməməyini başa düşdük, heç olmasa mərifətin olsun , susmağı bacar. İki cümləlik statusu ilə özünü biabır etdi. Bir tərəfdən də onu başa düşürəm. Savasızlığın, aqrarlığın sonu belədi. Adamın təfəkkürü toyxana səviyyəsindən o tərəfə adlamayıb”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
02:01 09.08.2025
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
"İndi biz vaxt itirə bilmərik” - İlham Əliyev
01:57 09.08.2025
"İndi biz vaxt itirə bilmərik” - İlham Əliyev
"Biz müharibə yolu ilə haqq-ədaləti bərpa etdik, indi siyasi müstəvidə nöqtəni də qoyduq"
01:55 09.08.2025
"Biz müharibə yolu ilə haqq-ədaləti bərpa etdik, indi siyasi müstəvidə nöqtəni də qoyduq"
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
01:54 09.08.2025
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
ABŞ dövlət katibi: Cənubi Qafqazda yeni sülh dövrünü alqışlayırıq
01:47 09.08.2025
ABŞ dövlət katibi: Cənubi Qafqazda yeni sülh dövrünü alqışlayırıq
Aİ Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını alqışlayıb
01:46 09.08.2025
Aİ Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını alqışlayıb
"Ermənistan Konstitusiyasında nə qədər tez dəyişiklik etsə, bir o qədər yaxşı olar"
01:45 09.08.2025
"Ermənistan Konstitusiyasında nə qədər tez dəyişiklik etsə, bir o qədər yaxşı olar"
Tramp mübahisəli məsələlərin həllində Bakı və İrəvana kömək etməyə hazır olduğunu açıqlayıb
01:32 09.08.2025
Tramp mübahisəli məsələlərin həllində Bakı və İrəvana kömək etməyə hazır olduğunu açıqlayıb
"Azərbaycan və Ermənistan arasında danışıqlar sahəsində boşluq çox davam edə bilməzdi"
01:30 09.08.2025
"Azərbaycan və Ermənistan arasında danışıqlar sahəsində boşluq çox davam edə bilməzdi"
Prezident: Trampla görüşümüz səmimi və dostluq atmosferində keçdi
01:27 09.08.2025
Prezident: Trampla görüşümüz səmimi və dostluq atmosferində keçdi
İlham Əliyev: ABŞ səfərinin nəticələrini yüksək qiymətləndirirəm
01:26 09.08.2025
İlham Əliyev: ABŞ səfərinin nəticələrini yüksək qiymətləndirirəm
İlham Əliyev ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibə verir - CANLI
01:23 09.08.2025
İlham Əliyev ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibə verir - CANLI
Türkiyə XİN Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaları alqışladı
01:21 09.08.2025
Türkiyə XİN Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaları alqışladı
İlham Əliyev: 907-ci düzəlişin ləğvi tarixi hadisədir
01:18 09.08.2025
İlham Əliyev: 907-ci düzəlişin ləğvi tarixi hadisədir
Nikol Paşinyan: Tarixi bir gündür və bu, regionumuz üçün uğurdur
01:14 09.08.2025
Nikol Paşinyan: Tarixi bir gündür və bu, regionumuz üçün uğurdur
Ermənistanın Baş naziri: Sülh sazişi iki ölkə arasında yeni mərhələnin açılmasıdır
01:09 09.08.2025
Ermənistanın Baş naziri: Sülh sazişi iki ölkə arasında yeni mərhələnin açılmasıdır