xari

"Araik it qurusu bir oğlan idi, cılız, əfəl, bir dəfə onu döymüşəm"

MARAQLI
16:12 05.02.2021
529

Özünü qondarma rejimin rəhbəri kimi təqdim edən Araik Arutyunyanın sinif yoldaşı olan xanım müsahibə verib. Xanım adının və fotosunun yayımlanmasını istəməyib.

AZXEBER.COM Kulis.az-a istinadən sözügedən müsahibəni təqdim edir:

- Araik Arutyunyanla sinif yoldaşı olduğunuz haqqında məlumat əldə etdik. Bu, doğrudurmu?

- Bəli. Doğrudur. Mən Xankəndidə fəaliyyət göstərən 10 nömrəli rus məktəbində Araiklə bir neçə sinfi bir yerdə oxumuşam.

- Siz oralısınız?

- Yox. Atam institutda müəllim işləyirdi, ona görə bir müddət orada yaşadıq.

- Bu, hansı illər idi?

- 1980-ci ildə birinci sinfə getmişəm. Araiklə 3-4-cü sinifləri bir yerdə oxumuşuq. Söhbət 1983-1984-cü illərdən gedir.

- Göndərdiyiniz foto da təbii ki, o illərə aiddir.

- Bəli. Birinci fotoda Araikin başının üstünə işarə qoymuşam. İkincidə onu tanıya bilmirəm. Həm şəkil bir az qaranlıqdır, həm də uzun illər keçib. Amma mütləq ordadır. Araik boz bir uşaq idi. Xüsusi seçilən heç nəyi yox idi. Nə oxumağı, nə xarici görünüşü...

- İkinci fotodakı qadınlar kimdir?

- Qara geyimli sinif rəhbərimiz Areqa Levonovnadır. O birisinin adı, deyəsən, Venera idi. Soyadını unutmuşam.

- Başqa nələri xatırlayırsınız...

- Ermənilər o vaxtdan şovinist idilər. Bu xasiyyətləri uşaqlarına da sirayət eləmişdi. Eləcə də Araikə... Hətta bunun üstündə Araiki bir dəfə möhkəm çırpmışam (gülür).

- Necə?

- Mənə "Tork! Tork” deyirdi bütün günü. Həm də aşağılayaraq, incidərək söyləyirdi. İt qurusu bir oğlan idi. Cılız, əfəl... Mən də yekəpər, davakar qız idim. Bir gün kitabla düşdüm bunun üstünə. Harasına gəldi vurdum. Bir də baxdım, ağzının-burnunun qanı bir yerə qarışıb. Ağladı. Qaçdı evə. Anası onu götürüb müəllimlər otağına gəldi. Mənim atam da gəldi. Bizi də çağırdılar. Araikin anası məktəb direktoru ilə dirəşmişdi ki, məni məktəbdən qovsun. Atam da elə-belə adam deyildi. Dalaşmağımızın səbəbini öyrənən kimi bunlara necə cavab verdisə, dillərini qarınlarına soxdular.

- Sizi də danışdırdılar?

- Danışdırdılar, sonra dəhlizə çıxardılar. Dedilər, nə danışdığınızı xatırlayırsınız? Niyə vurdun Araiki? Dedim, mənə "Tork” dedi. Dedilər, Araik, ona elə demisən? Dedi, "ha, asalım” (gülür).

- Nə deməkdir?

- Ermənicə "hə, demişəm” deməkdir. Tapşırdılar ki, bir də elə demə. Amma bundan sonra da dinc durmurdum. Sinifdə iki azərbaycanlı idik, qalanı erməni idi. Görünür, bizə kin-küdurətlərini uşaq hissiyyatımla hiss eləmişdim. Ona görə gündə biri ilə dalaşırdım. Atam vəziyyəti belə görəndə məni 4 nömrəli Azərbaycan məktəbinə dəyişdi.

- Bununla da erməni uşaqlarla, o cümlədən Araiklə əlaqəniz kəsildi.

- Kəsildi. Amma... (Duruxur)

- Amma nə?

- Sizə bir sirr açmaq istəyirəm.

- Buyurun.

- Mən sosial şəbəkələrdə lap erkən dövrlərdən aktiv olmuşam. Hələ söhbət "odnaklassiki”nin populyar vaxtlarından gedir. Orada maraq üçün məktəbimizi və sinif yoldaşlarımızı axtarışa verdim, hamısı orda idi. Mən onları izlədiyimi bildirmirdim. Onlar orta məktəb illərindən yazır, məni də xatırlayırdılar. Pis heç nə yazmırdılar. Bir gün mənim də olduğum fotonu paylaşdılar. Mən də bu fotonu öz səhifəmdə paylaşdım. Onda bildilər ki, izləyirəm bunları. Səhər durdum, gördüm, hamısı dostluq atıb. Yaxın bir adamımla məsləhətləşdim. Dedi, problem deyil, dostluqlarını qəbul elə, amma ünsiyyətə girmə, heç bir reaksiya vermə, sadəcə izlə gör nə edirlər. Biri Fransada, biri Kanadada, biri Rusiyada, mənə sevgi dolu sözlər yazır, olduqları yerə qonaq dəvət edirlər. Bəziləri Ermənistana getmiş, bəziləri Xankəndidə qalmışdı.

- Araik də orada idi?

- Orada idi. Hətta mənimlə maraqlandı, ailə qurub-qurmadığımı, harada yaşadığımı, nə iş gördüyümü soruşdu. Cavab vermədim. Sonra mənə yazdı ki, hər şey bizim üçün yaxşı olacaq, sizin üçün bilmirəm. Elə buna görə hamısını bloka atdım.

- Nəyi nəzərdə tuturmuş?

- Yəqin orda qondarma rəhbər olacağını...

- Onda hələ olmamışdı?

- Yox.

- İndi elə bir ünsiyyət imkanınız olsa, nə deyərdiniz?

- Onların beyni zəhərlənib. Nəsə deməyin xeyri yoxdur. Adam anormaldırsa, ona nə deyəsən?

- Hər halda, qələbədən sonra deyəcək bir sözünüz olardı...

- Olmaz olar? (Gülür) Eynən bu cür deyərdim: "Nə oldu, Araik? Mənim sənə elədiklərimi indi ordumuz sizin cinayətkarlara qarşı elədi, gördünmü? Qanınız tökülməyincə ağlınız başınıza gəlmir”.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

16:36 05.03.2021

Azərbaycanda ilk dəfə jest dili lüğətinin veb səhifəsi hazırlanır

16:35 05.03.2021

İlham Əliyev “91-lər”in fəaliyyətini qiymətləndirdi

16:28 05.03.2021

Mehriban Əliyeva YAP sədrinin birinci müavini təyin edildi

16:21 05.03.2021

Prezident: "Azərbaycanın əsl müstəqillik tarixi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır"

16:16 05.03.2021

Elmar Qasımov YAP-ın İdarə Heyətinə seçildi

16:04 05.03.2021

Həbs edilən qazi azadlığa buraxıldı

15:51 05.03.2021

"Dəstəmaz alıb yatıram ki, oğlum yuxuma gəlsin" - Şəhid atası - VİDEO

15:49 05.03.2021

Mübariz Mənsimova beş il cəza verildi

15:47 05.03.2021

Prezident: “AXC-Müsavat cütlüyü ancaq öz maraqlarını güdürdü”

15:45 05.03.2021

YAP: Sədr müavinlərinin seçilməsi məsələsinə İdarə Heyətinin iclasında baxılacaq

15:36 05.03.2021

"Ulu Öndərin müstəqilliklə bağlı birmənalı, qətiyyətli addımları xalq tərəfindən yüksək qiymətləndirilirdi"

15:34 05.03.2021

Qar yağacaq, temperatur 5-10 dərəcə düşəcək - XƏBƏRDARLIQ

15:27 05.03.2021

DİN-dən sosial şəbəkədə zorakılıq gördüyünü iddia edilən qızla bağlı AÇIQLAMA

15:23 05.03.2021

DTX-nin rəisi Türkiyəyə başsağlığı verdi

15:17 05.03.2021

"Biz beynəlxalq aləmdə Azərbaycanı çox böyük nüfuza və hörmətə malik ölkəyə çevirdik"

15:08 05.03.2021

Dünya Bankı COVID-19-la mübarizədə Azərbaycana yardım edəcək