Araz Ağalarovun anası dəfn edildi

Araz Ağalarovun anası dəfn edildi
Bütün Xəbərlər
16:15 08.01.2015
2354
Nuriyeva yanvarın 6-da dünyasını dəyişib.
Rusiyada yaşayan tanınmış azərbaycanlı iş adamı Araz Ağalarovun anası Əminə Nuriyeva bu gün dəfn edilib.
AZXEBER.COM  xəbər verir ki, Lent.az-ın məlumatına görə, günorta saatlarında Ə.Nuriyevanın cənazəsi yaşadığı Azərbaycan prospekti 11 ünvanından götürülüb və Qurd Qapısı məzarlığında dəfn edilib.
Bu gecə ABŞ-dan Azərbaycana gələn Araz Ağalarovla yanaşı, bir sıra tanınmış dövlət xadimləri, ictimaiyyət nümayəndələri, biznesmenlər də dəfndə iştirak edib.
Qeyd edək ki, Ə.Nuriyeva yanvarın 6-da dünyasını dəyişib.
Allah rəhmət eləsin.
OXŞAR XƏBƏRLƏR