Arda "Real-Madrid"dən ayrılır? - Özündən açıqlama

Arda "Real-Madrid"dən ayrılır? - Özündən açıqlama
İDMAN
12:16 25.03.2025
1160
İspaniyanın "Real-Madrid" klubunun yarımmüdafiəçisi Arda Gülər gələcəyi ilə bağlı yayılan söz-söhbətlərə aydınlıq gətirib.

AZXEBER.COM xəbər verir ki, Türkiyə millisinin Macarıstanla keçirdiyi Millətlər Liqası matçından sonra "Marca" nəşrinə danışan 20 yaşlı futbolçu "kral klubu"nda qalmaq niyyətində olduğunu bildirib:

"Real Madrid" mənə bir plan təqdim edib və mən hələ də bu plana inanıram. Burada uğurlu olacağıma əminəm. Artıq Madrid şəhərində ev də almışam. Çox çalışıram və hər zaman oynamaya hazıram".

Türkiyə millisinin üzvü azarkeşlərin ona göstərdiyi dəstəyə də toxunub:

"Real" azarkeşlərini sevirəm. Onların mənə verdiyi dəstək çox önəmlidir. Bu komandaya oynamaq və onun bir parçası olmaq üçün gəlmişəm. Hədəfimə çatana qədər mübarizəni dayandırmayacağam".

Arda komandasının mövsüm sonuna qədərki məqsədlərini də açıqlayıb:

"Üç kubok uğrunda mübarizə aparmağa hazırıq. "Real Madrid" hər zaman hər oyunu və turniri qazanmaq üçün mübarizə aparır. Mənim şəxsi arzum isə hər matçda oynamaq və komandama çempionluq yolunda kömək etməkdir".

Qeyd edək ki, Arda Gülər bu mövsüm "Real Madrid"in heyətində 30 oyunda 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Həmin insanlarla əlaqəni kəsmək lazımdır"
18:08 04.06.2026
"Həmin insanlarla əlaqəni kəsmək lazımdır"
Leonid Kuçma: Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil
17:48 04.06.2026
Leonid Kuçma: Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb -FOTOLAR
17:43 04.06.2026
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb -FOTOLAR
Küveyt Vəliəhdi Prezident İlham Əliyevi təbrik edib
17:40 04.06.2026
Küveyt Vəliəhdi Prezident İlham Əliyevi təbrik edib
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
17:11 04.06.2026
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
17:01 04.06.2026
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
16:54 04.06.2026
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
16:37 04.06.2026
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
16:23 04.06.2026
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
16:02 04.06.2026
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
16:00 04.06.2026
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
15:56 04.06.2026
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
15:53 04.06.2026
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı
15:51 04.06.2026
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı
“Çelsi”nin əfsanəvi futbolçusu vəfat etdi - FOTO
15:38 04.06.2026
“Çelsi”nin əfsanəvi futbolçusu vəfat etdi - FOTO
Onlara 3 il hər ay pul veriləcək, güzəştlər olunacaq
15:36 04.06.2026
Onlara 3 il hər ay pul veriləcək, güzəştlər olunacaq