Arda Turan mövsümün ən yaxşı məşqçisi seçildi

Arda Turan mövsümün ən yaxşı məşqçisi seçildi
İDMAN
17:35 14.06.2026
302
Donetsk "Şaxtyor”unun baş məşqçisi Arda Turan Ukrayna Premyer Liqasında mövsümün ən yaxşı məşqçisi adına layiq görülüb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Klublar arasında keçirilən ənənəvi sorğunun nəticələrinə əsasən, birinci yeri Arda Turan tutub. İkinci pillədə LNZ-nin çalışdırıcısı Vitali Ponomaryov qərarlaşıb. İlk üçlüyü isə "Polessya”nın baş məşqçisi Ruslan Rotan tamamlayıb.

Qeyd edək ki, Arda Turan 2025/26 mövsümündə "Şaxtyor”u Ukrayna çempionu edib. Bundan başqa, komanda UEFA Konfrans Liqasında yarımfinala qədər yüksəlib.
OXŞAR XƏBƏRLƏR