Peru prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib
SİYASƏT
18:29 14.06.2026
120
Azərbaycanın Perudakı səfiri Seymur Fətəliyev etimadnaməsini bu ölkənin Prezidenti Xose Mariya Balkasar Seladaya təqdim edib.
AZXEBER.COMxəbər verir ki, qəbul zamanı səfir Seymur Fətəliyev dövlət başçısına Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını çatdırıb.
Göstərilən diqqətə görə təşəkkürünü bildirən Peru prezidenti öz növbəsində dərin ehtiramını və salamlarını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib.
Görüşdə iki ölkə arasında ikitərəfli münasibətlərin inkişafı, beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın davam etdirilməsi, eləcə də iqtisadiyyat, ticarət, enerji, turizm və digər sahələrdə əlaqələrin genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər cari ildə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunmasını məmnunluqla vurğulayıblar.
Qəbulda Perunun xarici işlər naziri Karlos Xose Parexa Rios da iştirak edib.
Xatırladaq ki, səfir Seymur Fətəliyev iyunun 11-də etimadnaməsinin surətini Perunun Xarici İşlər Nazirliyinin Dövlət Protokolu və Mərasimlər İdarəsinin rəisi Eduardo Migel İlarion Peres del Solar Marsenaroya təqdim edib.