ARDNŞ-in dövlət büdcəsinə ödənişləri artıb

Bütün Xəbərlər
07:57 15.02.2011
1693

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) bu ilin yanvar ayında dövlət büdcəsinə 108 milyon 837 min manat vəsait ödəyib. ARDNŞ-in mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu göstərici ötən ilin yanvar ayı ilə müqayisədə 19 milyon 43 min manat və ya 121,2 faiz çox olub. 

Bundan başqa, bu ilin yanvar ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 9 milyon 706 min manat vəsait köçürüb ki, bu da 2010-cu ilin yanvar ayına nisbətən 990 min manat (111,4 faiz) çoxdur.

 

OXŞAR XƏBƏRLƏR