ARDNŞ-in mətbuat xidmətindən verilən məlumata görə, ümumiyyətlə, 2012-ci ilin yanvar-sentyabr aylarında büdcəyə 1 milyard 33 milyon 849 min manat ödənilib. Bu göstərici 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 79 milyon 987 min manat və ya 108,4 faiz çox olub.Bundan əlavə, bu ilin sentyabr ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 13 milyon 775 min manat vəsait köçürüb. Bu göstərici ötən ilin sentyabr ayına nisbətən 2 milyon 276 min manat və ya 119,8 faiz çox olub.Ümumiyyətlə, bu ilin yanvar-sentyabr aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 118 milyon 697 min manat təşkil edib ki, bu da 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 18 milyon 690 min manat və ya 118,7 faiz çox olub.