ARDNŞ-dan tələbələr üçün gözəl fürsət - ELAN

ARDNŞ-dan tələbələr üçün gözəl fürsət - ELAN
Bütün Xəbərlər
16:40 26.04.2012
3620

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ənənəvi olaraq hər il Azərbaycanın və xarici ölkələrin ali təhsil müəssisələrində təhsil alan tələbələri üçün ödənişli Yay Təcrübəsi Proqramı həyata keçirir. 

ARDNŞ-dan AZXEBER.COM-a verilən məlumata görə, ödənişli Yay Təcrübəsinə müraciət onlayn həyata keçirilir.  

26 aprel 2012-ci il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ödənişli Yay Təcrübəsi Proqramına sənəd qəbulu başlanmışdır. Proqrama Azərbaycanın və xarici ölkələrin ali təhsil müəssisələrində bakalavriat və magistratura pillələri üzrə təhsil alan, Azərbaycan vətəndaşı olan tələbələr müraciət edə bilərlər. Ödənişli Yay Təcrübəsi Proqramı tələbələrin neft-qaz sənayesinin müxtəlif sahələrində təcrübi biliklərinin artırılması, tələbələrin real iş şəraiti ilə yaxından tanış olmaları və nəzəri biliklərinin təcrübədə tətbiqi, iş keyfiyyətləri barədə ARDNŞ-də daha dolğun informasiyanın toplanması məqsədi daşıyır. Yay Təcrübəsinə seçilən tələbələrlə müvafiq iş yerində müvəqqəti (1 və ya 2 aylıq) əmək müqaviləsi bağlanılacaq və təcrübəçilərə aylıq əmək haqqı ödəniləcəkdir.Müraciət etmək istəyənlər www.socar.az/tehsil veb-səhifəsindən Ödənişli Yay Təcrübəsinin şərtləri və suallar bölməsi ilə tanış olduqdan sonra müraciət-ərizə formasını dolduraraq elektron qeydiyyata düşə bilərlər. Proqrama müraciət həmin sayt vasitəsilə onlayn rejimdə 15 May 2012-ci il
OXŞAR XƏBƏRLƏR