ARDNŞ Zaqatalada işçilərin şəraitini yaxşılaşdırır

ARDNŞ Zaqatalada işçilərin şəraitini yaxşılaşdırır
Bütün Xəbərlər
17:40 09.11.2013
767

Bu gün ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyinin Zaqatala rayon Qaz İstismar Sahəsinin yeni inzibatı binasının açılış mərasimi keçirilib.

AZXEBER.COM-unməlumatına əsasən, tədbirdə “Azəriqaz” İB və Zaqatala rayon İcra Hakimiyyəti rəhbərliyinin təmsilçiləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak edib.Tədbrdə müasir səviyyədə inşa olunan inzibatı binanın 9 noyabr- Dövlət Bayrağı günündə istifadəyə verilməsini işçilərə verilən böyük töhfə oduğu qeyd edilib. Bildirilib ki, ARDNŞ-nin bütün idarə və müəssisələrində neftçilərin əmək şəraitinin yaxşılaşdırılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Bu isə Azərbaycan dövlətinin eləcə də ARDNŞ-rəhbərliyinin insan amilinə böyük önəm verməsinin bariz nəticəsidir.

Tədbirdə qeyd edilib ki, 330 kvadratmetr sahəsi olan Zaqatala rayon Qaz İstismar Sahəsinin inzibati binasında işlər tamamlanıb.2 mərtəbəli inzibatı binanın birinci mərtəbəsində 8 iş otağı, yeməkxana, Qəza dispetçer xidməti, ikinci mərtəbədə isə 12 iş otağı və akt zalı yerləşir. Ərazidə nəzarət-buraxılış məntəqəsi, içməli və yanğından mühafizə üçün anbarlar inşa edilib. Həmçinin inzibatı binanın həyətində işçilərin istirahət etmələri üçün oturacaqlar quraşdırılıb, sahəsi 90 kvadratmetr olan daha bir anbar tikilib.

OXŞAR XƏBƏRLƏR