Fövqəladə hallar nazirinin müavini yanğının səbəblərinin araşdırmadan sonra bəlli olacağını deyib
Bu gün səhər saatlarında Bakıda “Sahil” Ticarət Mərkəzində baş verən yanğın söndürülüb. ANS TV-nin hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, artıq alovun qarşısı alınıb.
Hadisə yerinə fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev də gəlib. Nazir müavini jurnalistlərə açıqlamasında hadisə ilə bağlı araşdırma aparılacağını və bundan sonra yanğının baş vermə səbəblərinin məlum olacağını bildirib.
Qeyd edək ki, bu gün səhər saatlarında Bakıda “Sahil” Ticarət Mərkəzində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, hadisə yerinə bir neçə yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Yanğın tircarət mərkəzinin 3-cü mərtəbəsində başlayıb. Ticarət mərkəzi ətrafında avtomobillərin və piyadaların hərəkəti məhdudlaşdırılıb. Eləcə də, “Sahil” metrosuna giriş-çıxış dayandırılıb.
Baş verən yanğın zamanı 4 nəfər xəsarət alıb. ANS PRESS-in məlumatına görə, xəsarət alanlardan 2 nəfəri Polşa vətəndaşıdır.
Fövqəladə hallar nazirinin müavini yanğının səbəblərinin araşdırmadan sonra bəlli olacağını deyibVerilən məlumatda bildirilir ki,Argentina və Braziliya Səfirlikləri həmin binada yerləşir. Səfirlər binadan təxliyyə olunur
