Argentinanın İctimai Televiziyasında Azərbaycanla bağlı reportaj yayımlanıb
Bütün Xəbərlər
07:21 09.06.2011
1532
Azərbaycanın Argentinadakı səfirliyindən verilən məlumata əsasən, Cənubi Amerika ölkəsinin aparıcı dövlət kanalı olan İctimai Televiziyada Argentina İslam Mərkəzinə məxsus "El Cálamo y Su Mensaje" (Qələm və onun ismarıcı) adlı bir saatlıq həftəlik proqramda Azərbaycanla bağlı reportaj təqdim olunub. Trend-in məlumatına görə, bu barədə Azərbaycan XİN-in mətbuat xidməti məlumat yayıb.
Reportajda səfir Məmməd Əhmədzadənin müsahibəsi, ölkəmizlə bağlı kadrlar, 28 may - Respublika Günü ilə əlaqədar səfirlik tərəfindən təşkil olunmuş ziyafətdən görüntülər nümayiş etdirilib.