"Ariel" və "Calgon" Göyçayda hazırlanırmış

MARAQLI
18:58 27.12.2011
2744
Göyçay şəhəri ərazisindəki sexdən "Procter&Gamble" şirkətinə məxsus əmtəə nişanları altında hazırlanan saxta məhsullar götürülüb. AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən dekabrın 24-də Göyçay şəhəri ərazisindəki "Çingizoğlu" motelinin zirzəmisində şəhər sakini Seymur Ələkbərova məxsus sexdə qanunsuz olaraq "Procter&Gamble" şirkətinin "Ariel" və "Calgon" əmtəə nişanlı yuyucu maddələrin qutularının çap olunaraq hazırlanması müəyyən edilib.
OXŞAR XƏBƏRLƏR