Arif Əsgərov: ''Dəmir yolu xətlərinin kənarlarında tikilən xeyli sayda yaşayış evləri söküləcək''

Arif Əsgərov:
Bütün Xəbərlər
17:40 13.10.2012
1106
Azərbaycanda dəmir yolu sektorunda çalışanların əmək haqları mərhələ-mərhələ qaldırılacaq.
AZXEBER.COM-un məlumatına görə, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-də dəmir yolu işçilərinin peşə bayramı münasibətilə keçirilən toplantıda QSC-nin rəisi Arif Əsgərov deyib.Onun sözlərinə görə, ötən il əmək haqları müəyyən qədər artırılıb: “2008-ci ildə dünyada baş verən maliyyə böhranı bütün sahələrdə olduğu kimi, dəmir yoluna da təsir göstərdi. Həmin ildən sonra MDB ölkələrinin dəmir yolu idarələri üzrə 30 faiz həcmində yük daşımaları azaldı. Bu, Azərbaycana təsirini göstərdi. Amma buna baxmayaraq, daxili imkanlardan istifadə edərək, dəmir yolçuların əməkhaqlarını mərhələ-mərhələ artıracağıq".A. Əsgərov həmçinin bildirib ki, dəmir yolu xətlərinin kənarlarında tikilən xeyli sayda yaşayış evləri söküləcək: “Məsələ ilə bağlı Nazirlər Kabinetinin xüsusi tapşırığı var. Bununla əlaqədar lazımi işlər aparılıb. Minə qədər yaşayış və qeyri-yaşayış massivləri siyahıya alınıb və bu işin icrasına başlanacaq”.
OXŞAR XƏBƏRLƏR