Bu barədə APA-ya təqsirləndirilən şəxsin vəkili Əsabəli Mustafayev məlumat verib. Onun sözlərinə görə, bu gün Səbail Rayon Məhkəməsi A. Hacılının barəsində 2 ay müddətinə həbs-qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarıb. Vəkil məhkəmənin qərarından apelyasiya şikayəti verəcəklərini qeyd edib.
Qeyd edək ki, aprelin 2-də baş vermiş hadisələrlə bağlı fakta görə Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb. Hadisələrlə bağlı 4 nəfər şübhəli şəxs qismində məsuliyyətə cəlb olunub. Bunlar Müsavat Partiyası sədrinin müavini Arif Hacılı, partiyanın Gənclər Təşkilatının sədri Tural Abbaslı, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və AXCP üzvü Məhəmməd Məcidlidir.