Arif Quliyevin səhhəti ilə bağlı son vəziyyət AÇIQLANDI

MƏDƏNİYYƏT
12:55 29.04.2021
1581
Xalq artisti Arif Quliyevin vəziyyəti ağır olaraq qalır.

AZXEBER.COM xəbər verir ki, bu barədə Oxu.Az-a açıqlamasında "Yeni klinika”nın reanimatoloqu Emil Qasımov məlumat verib.

O bildirib ki, Xalq artistinə hazırda invaziv mexaniki ventilyasiya tətbiq edilib və o, süni tənəffüs aparatının dəstəyi altındadır:

"Hazırda xəstənin parametrləri qənaətbəxş hesab edilmir. Lazım olan bütün tədbirləri görürük. İntensiv müalicə davam etdirilir. Hələ ki, Arif Quliyevin vəziyyəti ciddi-kritikdir”.

Qeyd edək ki, bir müddət əvvəl koronavirusa yoluxan Xalq artisti Arif Quliyev xəstəxanaya yerləşdirilib. Ötən gün onun ECMO cihazına qoşulduğu barədə məlumat verilib.

OXŞAR XƏBƏRLƏR