'Arif Rüstəmov çoxdanın fırıldaqçısı imiş' - ŞİKAYƏT

Bütün Xəbərlər
15:35 20.12.2013
1444

Ulu Öndərlə çəkdirdiyi şəkli bayraq edib, fırıldaqçılıq edən Arif Rüstəmov kimdir? “By fırıldaqçının ucbatından bütün ailəmiz sıxıntı içinədir, ona “dur” deyən yoxdur” “Bizi bu bəladan qurtarın. Oğlumu günahsız yerə həbsə atıblar. Mənim haqqımda da şərti iş kəsiblər. Bir fırıldaqçının qurbanına çevrilmişik, üç dəfə ağır infarkt keçirmişəm”. Bu sözlər Azxeber.com-a şikayət ərizəsi ilə müraciət edən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbə sakini Pərvaz Rüstəmova məxsusdur. Şikayətçi bildirir ki, oğlu Rüstəm orta məktəbdə Ramin Rüstəmovla beş il bir sinifdə oxuyub: “Onlar dost olublar. Bizdə uzun müddətdir ki, Hövsan qəsəbəsində yaşayırıq. Günlərin birində Ramin oğlum Rüstəmə birgə ev tikməyi, gəlir əldə etməyi təklif etdi. Razılaşdıq. Öz həyətimizdə ev tikdik. Pulun çoxunu biz, az hissəsini Ramin ödədi. Evi satmaq zamanı gələndə Ramin dedi ki, bu sizin deyil. Sonradan öyrəndik ki, bu adam və atası Arif Rüstəmov çoxdanın fırıldaqçıları imiş. İndiyə qədər onlarla adama pul atıb, əmlakını mənimsəyiblər. Bu söhbətin üstündə narazılıq yarandı. Arif Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinə müraciət edərək, guya oğlumun onu və ailə üzvlərini bıçaqlaması haqqında iddia qaldırdı. Bölmənin baş əməliyyat müvəkkili Cümşüd Qasımov hadisə yerinə gələrək, heç bir bıçaqlanma hadisəsinin olmadığını, bu səbəbdən iddianın əsassız olduğunu protokollaşdırdı. Amma Arif öz əlaqələrindən istifadə edərək, Suraxanı rayon məhkəməsində mənim haqqımda bir il ay altı ay, oğlumun haqqında isə üç il altı ay şərti hökm oxunmasına nail oldu. Bundan sonra Bakı Apelyasiya Məhkəməsinə müraciət etdik. Orada nəinki Suraxanı rayon Məhkəməsinin qanunsuz qərarını ləğv etmədilər, əksinə oğlum haqqında çıxarılmış üç il altı ay şərti həbs cəzasını ləğv edərək, onun tutulmasına qərar verdilər. Hara gediriksə müraciətimizə cavab verilmir. İndiyə qədər olmadığımız idarə, məmur qalmayıb. Hamı Arifi qorumaqla məşğuldur. Buradan üzümü müvafiq qurumlara tutub ondan bizi bu bəladan xilas etməyi xahiş edirəm. Bu həm mənim, həm də Rüstəmin gözüyaşlı anasının arzusudur”. AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR