Arif Yunusun həbs müddəti artırılıb

Arif Yunusun həbs müddəti artırılıb
Bütün Xəbərlər
17:56 23.02.2015
575
O ötən il avqustun 5-də həbs edilib.
Bu gün Nəsimi Rayon Məhkəməsində hakim babək Pənahovun sədrliyi ilə Sülh və Demokratiya İnstitutunun həbsdə olan əməkdaşı Arif Yunusun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin artırılması barədə istintaq orqanının verdiyi vəsatətə baxılıb.
AZXEBER.COM  xəbər verir ki, A. Yunusun vəkili Əfqan Məmmədov APA-ya bildirib ki, müdafiə etdiyi şəxsin həbs müddətinin 5 ay uzadılması barədə qərar qəbul edib.
Qeyd edək ki, Arif Yunus Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 178.3.2-ci (dələduzluq) maddələri ilə təqsirli bilinir. Ötən il avqustun 5-də həbs edilən A. Yunusun barəsində məhkəmə 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. Oktyabr ayında həmin müddət fevral ayına kimi artırılıb.
OXŞAR XƏBƏRLƏR