Arif Yunusun səhhəti haqda həkimin - AÇIQLAMASI

Arif Yunusun səhhəti haqda həkimin -  AÇIQLAMASI
Bütün Xəbərlər
11:54 29.04.2014
687
Həkim: "Onun qan təziqi problemləri var, hazırda reanimasiyada yatır, vəziyyəti stabildir"
Bakı Şəhər 1 saylı Kliniki Xəstəxanadan hüquq müdafiəçisi Leyla Yunus həyat yoldaşı Arif Yunusun səhhəti ilə bağlı açıqlama veriblər.
Arif Yunusun həkimi ANS PRESS-ə açıqlamasında onun səhhətinin stabil olduğunu söyləyib: “Bu gün onun müayinə müalicəsi aparılacaq. Vəziyyəti ilə əlaqədar olaraq konsilium keçiriləcək. O ürək xəstəliyinə görə xəstəxanaya gətirilməyib. Onun qan təziqi problemləri var. Arif Yunus hazırda reanimasiyada yatır, vəziyyəti stabildir”.
Həkim Arif Yunusun polis nəzarətində olması barəsində olan xəbərlərə də aydınlıq gətirib: “O, hazırda reanimasiyada yatır. Heç bir polis ona nəzarəti həyata keçirmir. Nə reanimasiya otağının qarşısında, nə də ki, xəstəxanada ona nəzərti həyata keçirən polislər yoxdur”.
Qeyd edək ki, hüquq müdafiəçisi Leyla Yunus həyat yoldaşı Arif Yunus ilə birlikdə aprelin 28-də Bakı hava limanında Dohaya gedərkən saxlanılıb. Leyla Yunus hazırda Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində ifadə verir. Arif Yunus isə ötən gecə ürəyində ağrılar başladığından 1 saylı Şəhər Kliniki Xəstəxanasına (Semaşko) aparılıb.
OXŞAR XƏBƏRLƏR