"Arifa Ethno"dan Füzuli xalçalarının naxışları ilə “Qarabağ” kolleksiyası - Zəfərin altıncı ilinə ithaf

SOSİAL
14:47 06.11.2026
91
Tanınmış jurnalist Arifə Əliyevanın yaratdığı "Arifa Ethno” brendi Zəfər Bayramının altıncı ildönümünə həsr olunan "Qarabağ” adlı yeni kolleksiyasını təqdim edib.

AZXEBER.COM xəbər verir ki, kolleksiyanın ideya müəllifi və dizayneri Arifə Əliyevanın özüdür. Yeni kolleksiyada Qarabağın zəngin tarixi-mədəni irsi, xüsusilə də Füzuli xalçaçılıq ənənələri müasir dəb üslubunda təqdim olunur.

Qarabağın qədim mədəniyyət mərkəzlərindən biri olan Füzuli özünəməxsus xalçaçılıq məktəbi və ornamentləri ilə tanınır. Kolleksiyada bu ənənələrə müraciət edilməklə yanaşı, Füzuli xalçalarının naxış və kompozisiya xüsusiyyətləri müasir geyim, yaylıq və çanta dizaynlarında əksini tapıb.

Kolleksiyanın diqqətçəkən elementlərindən biri də Qarabağ atlarının obrazıdır. Zərifliyi, dözümlülüyü və çevikliyi ilə seçilən Qarabağ atları Azərbaycan xalqının milli-mədəni irsinin ayrılmaz hissəsidir. Onlar həm də Qarabağın tarixi şöhrətini və özünəməxsusluğunu təcəssüm etdirən rəmzlərdən biridir.

Arifə Əliyeva yeni kolleksiyasında qədim milli ornamentlərin orijinallığını qorumaqla onları müasir dəbin dili ilə təqdim etməyə çalışıb. Beləliklə, "Qarabağ” kolleksiyasında tarixi irs və müasir dizayn vahid konsepsiyada birləşib.

"Qarabağ” Arifə Əliyevanın "Arifa Ethno” brendi çərçivəsində hazırladığı sayca altıncı kolleksiyadır. Bundan əvvəl "Xurcun”, "Şah Göl”, "Simurq”, "Qobustan” və "Payız” kolleksiyaları təqdim olunub.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Qeyri-sabit hava nə vaxtadək davam edəcək?
15:23 06.11.2026
Qeyri-sabit hava nə vaxtadək davam edəcək?
Süd məhsullarının emalı müəssisəsində istehlaka yararsız məhsullar aşkarlandı - FOTOLAR
15:20 06.11.2026
Süd məhsullarının emalı müəssisəsində istehlaka yararsız məhsullar aşkarlandı - FOTOLAR
Azərbaycanda qeyri-iş günləri azaldılmalıdır? - AÇIQLAMA
15:17 06.11.2026
Azərbaycanda qeyri-iş günləri azaldılmalıdır? - AÇIQLAMA
Qax sakinləri ən çox bundan şikayətçidir: İşsizlik, qaz və işıq problemi
15:16 06.11.2026
Qax sakinləri ən çox bundan şikayətçidir: İşsizlik, qaz və işıq problemi
MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir
15:04 06.11.2026
MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir
Bakı rayonlarının icra hakimiyyətləri sosial mediadan necə istifadə edir? - Ən az izləyici bu rayondadır...
15:03 06.11.2026
Bakı rayonlarının icra hakimiyyətləri sosial mediadan necə istifadə edir? - Ən az izləyici bu rayondadır...
"Arifa Ethno"dan Füzuli xalçalarının naxışları ilə “Qarabağ” kolleksiyası - Zəfərin altıncı ilinə ithaf
14:47 06.11.2026
"Arifa Ethno"dan Füzuli xalçalarının naxışları ilə “Qarabağ” kolleksiyası - Zəfərin altıncı ilinə ithaf
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
14:39 06.11.2026
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
Bloger və media nümayəndələri üçün Naxçıvandakı sosial müəssisələrə mediatur təşkil olundu - FOTOLAR
14:36 06.11.2026
Bloger və media nümayəndələri üçün Naxçıvandakı sosial müəssisələrə mediatur təşkil olundu - FOTOLAR
Sürücülərə yeni cərimə tətbiqi: Vətəndaşlar nə düşünür? – VİDEOSORĞU
14:20 06.11.2026
Sürücülərə yeni cərimə tətbiqi: Vətəndaşlar nə düşünür? – VİDEOSORĞU
Prezidentlə xanımı Zəngilanda sakinlərlə görüşdü
14:18 06.11.2026
Prezidentlə xanımı Zəngilanda sakinlərlə görüşdü
Parlamentlərə ayrılan büdcənin 25 faizi deputatların cibinə gedir – ARAŞDIRMA
14:12 06.11.2026
Parlamentlərə ayrılan büdcənin 25 faizi deputatların cibinə gedir – ARAŞDIRMA
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
14:08 06.11.2026
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?
14:06 06.11.2026
Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?
Neft Akademiyasında mühafizəçini öldürən şəxs həbs edildi - 24 il sonra
13:55 06.11.2026
Neft Akademiyasında mühafizəçini öldürən şəxs həbs edildi - 24 il sonra
Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
13:28 06.11.2026