Bakıda intihar hadisəsi baş verib.AZXEBER.COM-un məlumatına görə, bu barədə Nizami rayon Polis İdarəsindən APA-ya bildirilib. Verilən məlumata görə, hadisə rayonun Naxçıvanski küçəsində yerləşən yaşayış binalarından birində qeydə alınıb.Orada yaşayan 45 yaşlı Gülnarə Qəzənfər qızı İbadullayeva yaşadığı binanın 4-cü mərtəbəsindən özünü atıb. Qadın aldığı xəsarətdən hadisə yerindəcə keçinib.Polisdən bildirilib ki, G. İbadullayeva xərçəng xəstəliyindən əziyyət çəkirmiş. Ağrılara dözə bilməyən qadın gecə saatlarında intihar edib.