Arıqlama iynəsi vuranların nəzərinə - Ölümə və komaya səbəb ola bilər

Arıqlama iynəsi vuranların nəzərinə - Ölümə və komaya səbəb ola bilər
SAĞLAMLIQ
14:42 22.06.2026
311
Sosial mediada məşhurların paylaşımları ilə sürətlə populyarlaşan arıqlama iynələrinin istifadəsi ilə bağlı mütəxəssislər tərəfindən ciddi xəbərdarlıq edilib.

AZXEBER.COM xəbər verir ki, Ankara Təhsil və Araşdırma Xəstəxanasının Endokrinologiya və Metabolizma Xəstəlikləri üzrə mütəxəssisi Prof. Dr. Mustafa Altay bildirib ki, cəmiyyətdə bu preparatlarla bağlı ciddi məlumat çirkliliyi mövcuddur. 

Onun sözlərinə görə, dərmanlar həkim nəzarəti və resept olmadan istifadə edilməməlidir.

Mütəxəssis sosial mediada "dərhal arıqladır” kimi iddialara aldanaraq poliklinikalara müraciət edənlərin sayının artdığını qeyd edib və bu yanaşmanın ciddi sağlamlıq riskləri yaratdığını vurğulayıb.

Altayın sözlərinə görə, arıqlama iynələri əsasən tip 2 diabetin müalicəsində və həyat tərzi dəyişikliklərinə baxmayaraq kilo verə bilməyən obez xəstələr üçün nəzərdə tutulur. O bildirib ki, düzgün xəstə qrupunda tətbiq edildikdə effektli nəticələr əldə oluna bilər, lakin bu proses mütləq həkim nəzarəti altında aparılmalıdır.

Həkim əlavə edib ki, bu preparatların istifadəsindən əvvəl xəstələrin böyrək və qaraciyər funksiyaları, ürək sağlamlığı və digər risk faktorları diqqətlə qiymətləndirilməlidir. Ailədə bəzi endokrin xəstəliklər və ya pankreas iltihabı kimi halların olması da nəzərə alınmalıdır.

Mütəxəssis vurğulayıb ki, nəzarətsiz və qeyri-qanuni satılan "arıqlama iynələri” ciddi sağlamlıq fəsadlarına səbəb ola bilər və bu səbəbdən yalnız tibbi göstərişlə istifadə olunmalıdır.
OXŞAR XƏBƏRLƏR