Arnold Şvartsenegger Tac Mahala buraxılmadı

Arnold Şvartsenegger Tac Mahala buraxılmadı
Bütün Xəbərlər
15:46 06.02.2012
2438

Arnold Şvartsenegger Hindistana ilk səfəri zamanı Aqradakı məşhur Tac Mahal mavzoleyini ziyarət edə bilməyib.

Buna səbəb aktyorun gəlişi zamanı memarlıq abidəsinin müsəlmanların ibadəti üçün bağlanması olub. Bu barədə bazar ertəsi Тrend Rusiya KİV-ə istinadən məlumat verir.

Şvartsenegger Tac Mahalı yalnız kənardan seyr etməklə kifayətlənib. Aktyor məşhur abidənin fonunda şəkil çəkdirib və şəkli Twitter-də yerləşdirib.

Hind jurnalistlərin suallarına cavab verən "Terminator" ona maraqlı təklif veriləcəyiı halda, Bollivudda filmə çəkilməkdən imtina etməyəcəyini bildirib.

OXŞAR XƏBƏRLƏR