Arnold Şvartsneqqer Bakıya gəlir

Arnold Şvartsneqqer Bakıya gəlir
Bütün Xəbərlər
15:36 02.12.2013
743

2014-cü ilin fevralında müasir dövrün ən məşhur insanlarından olan Arnold Şvartseneqqer “Hər şeyi xatırlamaq: Mənim inanılmaz əsl uğur hekayəm” adlı master-klass keçmək üçün Bakıya gələcək.

Qeyd edək ki, Arnold Şvartsenneqerin Bakıya səfəri “Successful Strategies” şirkətinin dəvəti ilə baş tutacaq.

Onun həyat hekayəsi unikaldır. Arnold aclıq illərində kiçik Avstriya şəhərciyində polis ailəsində dünyaya gəlib. Onun gələcək üçün xüsusi bir perspektivi olmayıb. 21 yaşında isə o artıq Los-Ancelesdə yaşayır və “Kainat gözəli” titulunu daşıyırdı. Arni beş il ingilis dili öyrənib və dünyanın ən böyük bodibilderçisi statusunu qazanıb.

Arnold 10 il ərzində universitet təhsili alaraq biznesmen və idmançı kimi milyoner adını qazanır. 20 il ərzində o, bir nömrəli kino ulduzuna çevrilib və Kennedi ailəsi ilə qohum olub. Amerikaya gəlişindən 36 il sonra o, Kaliforniya ştatının qubernatoru vəzifəsinə seçilib.

O Bakıda keçəcəyi master-klassda həqiqətən hər şeyi xatırlayacaq… Master klass 2014-cü ilin fevralında baş tutacaq. Hazırda tədbirin sponsoru qismində çıxış edəcək şirkətin seçimi aparılır.

Bu möhtəşəm tədbirə dəstək üçün maraq göstərən şirkət aşağıda qeyd olunan elektron ünvan və mobil nömrə ilə əlaqə saxlaya bilər:

Elektron ünvan: [email protected]/* */ [email protected]/* */>

AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR