Art Kampın 2-ci günündə nələr oldu? (FOTOLAR)

GƏNCLİK
18:34 26.11.2011
2247

Mübariz İbrahimov adına Gənclərin I Ümumrespublika Teatr Festivalı çərçivəsində Azərbaycan tarixində ilk dəfə keçirilən “Art-Kamp” davam edir.

Art-Kampın ikinci günündə layihənin ideya müəllifi, millət vəkili JaləƏliyeva festival iştirakçıları ilə görüşüb. Millət vəkili Mübariz İbrahimov adına Gənclərin I Ümumrespublika Teatr Festivalının yaranması haqda danışıb: “Bu ideya 20 ildən çoxdur ki, haqsız müharibəyə sürüklənən Azərbaycanın haqlı mübarizəsində canından keçən, şəhidlik zirvəsinə yüksələn Mübariz İbrahimovun xatirəsinə həsr olunur. Bilirsiniz ki, keçək il Mübariz qəhrəmana yaraşan şəkildə torpağa dəfn olundu və bu mərasimdə prezidentimiz cənab İlham Əliyevin çıxışı Azərbaycanın mövqeyini bir daha ortaya qoydu. Təbii ki, hər kəs əlinə silah alıb döyüş bölgəsinə gedə bilmir. Bir çoxları mübarizəni silahla, digərləri isə mübarizəni fərqli formalarda edirlər. Düşünürəm ki, hər kəs öz sahəsində vətəninə xidmət etməlidir. əni vətən üçün ölməyi də, vətən üçün canından keçməyi də, vətən üçün yaşayıb, mübarizə aparmağı da bacarmaq lazımdır. Bu bir gerçəklikdir və düşündüm ki, belə bir mövzuda maarifləndirməni daha da gücləndirmək labüddür”.

Ardınca “Art Kamp”da ustad dərsləri keçirilib.“Esterada danışığı və səhnə hərəkətləri mövzusunda” Mədəniyyət və İncəsənət Universitetinin səhnə danışığı kafedrasında müəllimi, dosent, əməkdar artist Azad Şükürov və tanınmış aktyor Qorxmaz Əlili gənclərlə görüşüb.

Qorxmaz Əlili gənclərlə görüşündə estrada aktyorluğu mövzusunda gənclərə ustad dərsi keçib. O Art Kampın əhəmiyyətindən danışıb: “Bizim vaxtımızda da özfəaliyyətlər arasında yarışmalar keçirilirdi. Bu gün isə Gənclərin Ümumrespublika festivalının bu qədər gözəl səviyyədə keçirilməsi məni çox sevindirir. Bu cür layihələrin davamlı şəkildə olması gələcəkdə yaradıcı gənclərin artmasına səbəb olacaq. Demək olar ki, bir çox tanınmış korifeylər məhz bu cür festivallardan çıxıb, ölkəyə, dünyaya səs salıblar. Ona görə, bizə bu cür festivallar lazımdır və hər bir peşəkar insanlara gənclərə dəstək olmalıdır”

Qorxmaz Əlilinin ardınca əməkdar artist Azad Şükürov yaradıcı gənclərə görüşün. O, “səhnə danışığı” mövzusunda ustad dərsi keçib. O, düzgün nəfəs alma, səhnə danışığı haqda məlumat verib. Əməkdar artist qeyd edib ki, “Art Kamp” çərçivəsində belə görüşlərin keçirilməsi təqdirəlayiq haldır: “Art Kamp”a toplaşan gənclər gələcəyin peşəkar aktyorları, rejissorları, ssenaristləridir. Bu gün onlarla söhbətləşməkdən zövq aldım. Kampın keçirilməsində əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Qeyd edək ki, Art-Kamp 25-27 noyabr tarixlərində 100-dən çox gəncin iştirakı ilə AGİN-in Şüvəlandakı kompleksində olacaq. Art-kampda peşəkar aktyor və rejissorlar tərəfindən pulsuz ustad dərsləri və müxtəlif janrlarda seminarlar təşkil edilir. “Art-Kamp”da Teatr Festivalının iştirakçıları iştirak edir.  

OXŞAR XƏBƏRLƏR