AzərTac-ın məlumatına görə, informasiya-kommunikasiya texnologiyalarının dövlət hakimiyyəti orqanlarında geniş tətbiqi, müasir standartlara cavab verən, normativ hüquqi aktların tələblərini özündə əks etdirən internet saytlarının və elektron xidmətlərin yaradılmasının zəruri və günün tələbi olduğunu bildirən rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov yeni saytın fəaliyyətə başlamasını yüksək qiymətləndirib.