Dekabrın 5-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə MDB ölkələrinin Dövlət Rəhbərləri Şurasının növbəti iclasında iştirak etmək üçün Aşqabada səfərə gəlib.
Trend-in məlumatına görə, Aşqabadın Milli Aeroportunda Baş nazir Artur Rasizadəni Türkmənistanın Nazirlər Kabinetinin sədr müavini Sapardurdu Toyliyev, Azərbaycanın Türkmənistanda diplomatik missiyasının nümayəndələri qarşılayıblar.