Artur Rasizadə qaydaları dəyişdi

Artur Rasizadə qaydaları dəyişdi
Bütün Xəbərlər
11:07 10.04.2015
1470
Nazirlər Kabineti məlumat yaydı.
Nazirlər Kabineti “İnzibati aktın icrasının cərimə vasitəsi ilə təmin edilməsi Qaydası”nda dəyişikliklər edib.
Bu barədə AZXEBER.COM-a Nazirlər Kabinetindən məlumat verilib.
Nazirlər Kabinetinin məlumatına görə, dəyişiklik inzibati aktın icrası zamanı cərimənin şərti maliyyə vahidi deyil, manatla ödənilməsi ilə əlaqədardır. Əvvəlki qaydaya əsasən, cərimənin miqdarı şərti maliyyə vahidinin 3 mislindən az ola bilməzdi. Fiziki şəxslər şərti maliyyə vahidinin 40 mislindən, hüquqi şəxslər isə şərti maliyyə vahidinin 300 mislindən yuxarı miqdarda cərimə oluna bilməzdilər. Dəyişikliyə əsasən, cərimənin miqdarı 4 manatdan az ola bilməz. Fiziki şəxslər 44 manatdan, hüquqi şəxslər isə 330 manatdan yuxarı miqdarda cərimə oluna bilməzlər.
Qeyd edək ki, şərti maliyyə vahidinin 1 misli 1,10 manat təşkil edib.
OXŞAR XƏBƏRLƏR